Bazar araşdırma əməkdaşı (Göyçay)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Günlük olaraq təyin olunmuş ərazi bölgüsünə əsasən mağazalarda və satış nöqtələrində qiymət araşdırmaları aparmaq və əldə olunan məlumatları mərkəzi ofisə təqdim etmək
Rəqib mağazalarda məhsulların qiymətlərinin və kampaniyalarının monitorinqini həyata keçirmək
Şirkət rəhbərliyi tərəfindən taktiki addımlar tələb olunduğu hallarda cari işi dayandıraraq verilmiş tapşırıqları operativ şəkildə icra etmək
Təyin olunmuş plana uyğun olaraq günlük fəaliyyət və nəticələr barədə gün sonu hesabatını baş ofisə təqdim etmək
Toplanan məlumatların düzgünlüyünü yoxlamaq və müvafiq sistemlərə daxil etmək
Tələblər
Təhsil: Orta
İş təcrübəsi: 1-2 il
MS Excel və ofis proqramları ilə işləmək bacarığı
Məsuliyyətli, stressə davamlı, işində dəqiq olmalı
Tapşırıqarı effektiv şəkildə idarə etmək bacarığı
Avtomobilin olması mütləqdi
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10931
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+