Baş mütəxəssis – Katiblik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
ƏMƏK FUNKSİYASI:
Cəmiyyətdə kargüzarlıq işinin müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
Cəmiyyətdə sənədlərin icra müddətinə nəzarət etmək, tapşırıqların icrası barədə təhlil aparmaq, hesabatlar hazırlamaq və bu barədə şöbə müdirinə mütəmadi olaraq məlumatlar təqdim etmək;
Şöbənin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hökumət və qeyri-hökumət təşkilatları ilə danışıqların, sorğuların müvafiq qaydada aparılmasının təşkil edilməsində iştirak etmək;
Sənədlərin hazırlanması, tərtib edilməsi və idarə olunmasında iştirak etmək;
Məktubların düzgün tərtibi, məzmunun aydın ifadə edilməsi və üslubuna nəzarət etmək;
Cəmiyyətdə kargüzarlıq işini müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
Verilmiş əmr və sərəncamların vaxtında rəsmiləşdirilməsinin, artırılmasının və lazımi ünvanlara çatdırılmasının təşkil olunmasında iştirak etmək.
Tələblər
VƏZİFƏ TƏLƏBLƏRİ:
Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzuolunandır)
İş təcrübəsi (minimum): Müvafiq sahədə minimum 3 il ümumi iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır)
Kompüter bilikləri: Microsoft office proqramları (Elektron sənəd dövriyyəsi - ESD)
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:
Məsuliyyət, əməkdaşlıq, çeviklik, kreativlik, analitik düşüncə, araşdırma bacarığı, problem həll etmə bacarığı, detallara diqqət, komandada işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya Təfərrüatları
Vakansiya ID
#426
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə