Baş Mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 25 fevral 2026
Təsvir
Anbarların bütün texniki təsərrüfatına ümumi rəhbərliyin həyata keçirilməsi;
Birbaşa tabeliyində olan işçilərin idarə edilməsi, iş bölgüsünün aparılması və nəzarət;
Elektrik sistemləri, isitmə, havalandırma və kondisioner (HVAC) sistemlərinin istismarı və texniki vəziyyətinə nəzarət;
Cari və planlı təmir-bərpa işlərinin təşkili və icrasına nəzarət;
Texniki nasazlıqların operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi;
Anbar avadanlıqlarının və mühəndis sistemlərinin fasiləsiz işləməsinin təmin olunması;
İllik texniki büdcənin hazırlanması, xərclərin planlaşdırılması və icrasına nəzarət;
Texniki xərclərin optimallaşdırılması və qənaət imkanlarının müəyyən edilməsi;
Yerli/xarici podratçılar və servis şirkətləri ilə işin təşkili və nəzarəti;
Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi;
Texniki sənədlərin, servis aktlarının və hesabatların hazırlanması;
Rəhbərliyə mütəmadi olaraq texniki vəziyyət və xərclərlə bağlı hesabatların təqdim edilməsi.
Tələblər
Ali texniki təhsil (elektrik, mexanika, mühəndislik və ya oxşar sahə üzrə);
Anbar, istehsalat sahəsi, ticarət mərkəzi və ya oxşar obyektlərdə minimum 5 il iş təcrübəsi;
Elektrik sistemləri, HVAC və ümumi texniki istismar sahəsində biliklər;
Texniki heyətin idarə edilməsi üzrə təcrübə;
Büdcələşdirmə və texniki xərclərin planlaşdırılması bacarığı;
Texniki problemlərə sistemli və operativ yanaşma;
Liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dili – əla (rus dili biliyi üstünlükdür);
Məsuliyyətlilik, stressə davamlılıq və qərarvermə bacarığı;
Ezamlara açıq olmaq.
Necə Müraciət Etmək Olar
Birmarket.az
Retail
Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#5112
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+