Baş mühasib

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 9 yanvar 2026

Son Tarix: 9 fevral 2026

Təsvir

İş yeri: Sumqayıt şəhəri

Struktur bölmə: Maliyyə Departamenti / Mühasibatlıq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Alış və satış qaimələrinin (xammal, ehtiyat hissələri, hazır məhsul) mühasibat uçotu sistemində düzgünlüyünün yoxlanılması və uçota alınması;

  • İstehsal, inzibati və kommersiya xərclərinin məsrəf yerləri üzrə düzgün təsnifatı və uçotunun aparılması;

  • Debitor və kreditor borclar üzrə üzləşmələrin hazırlanması, yoxlanılması və fərqlərin aradan qaldırılması;

  • Ay bağlanışına hazırlıq, müxbir hesabların bağlanması, aylıq dövriyyə-balan cədvəllərinin və balansın tərtib edilməsi;

  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.), statistika və digər rəsmi hesabatların qüvvədə olan qanunvericiliyə uyğun hazırlanması və təqdim edilməsi;

  • Anbar qalığı, istehsal həcmləri və məhsulun maya dəyəri üzrə hesabatların hazırlanmasında iştirak;

  • Birbaşa və struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;

  • İstehsal müəssisələrində, üstünlük olaraq metaləritmə və ya ağır sənaye sahəsində minimum 2 il iş təcrübəsi;

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Qanun və digər normativ-hüquqi aktlar üzrə biliklər;

  • 1C, Logo və ya analoji mühasibat proqramlarında işləmək bacarığı;

  • MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;

  • Peşəkar Mühasib Sertifkatınınolması mütləqdir;

  • Analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, işgüzar etika qaydalarına riayət etmək bacarığı;

  • Məxfi məlumatlarla işləmə və kommersiya sirrinin qorunması bacarığı.

İş şəraiti:

  • Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;

  • 5 günlük iş qrafiki;

  • Rəqabətədavamlı əməkhaqqı;

  • Peşəkar inkişaf və təlim imkanları.

Uyğun namizədlərdən CV-lərini qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində “Baş Mühasib” qeyd edilməsi vacibdir.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4405

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə