Baş Mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
2.000 AZN-dən
Yerləşdirilib 4 yanvar 2026
Son Tarix: 3 fevral 2026
Təsvir
İş yeri: Green City Resort Residence
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi
Vəzifə öhdəlikləri:
Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının tam və effektiv idarə olunması;
Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətinin formalaşdırılması və tətbiqi;
Hesablar planının və ilkin uçot sənədlərinin hazırlanması və təsdiqlənməsi;
Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqi;
Pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam və düzgün uçotunun aparılması;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun təmin edilməsi;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Büdcənin hazırlanması, icrasına nəzarət və büdcə–fakt müqayisələrinin aparılması;
Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;
Vergi və DSMF ödənişlərinin düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;
Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin qanunvericiliyə uyğun aparılmasına nəzarət;
Vergi, DSMF və Statistika hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi;
Daxili maliyyə nəzarət və audit mexanizmlərinin qurulması və icrası;
Bank əməliyyatları, kreditlər, lizinq və maliyyə institutları ilə işin təşkili;
Müqavilələrin (icarə, satınalma, xidmət və s.) maliyyə baxımından yoxlanılması;
İnventarizasiya proseslərinin təşkili və nəzarəti;
Xarici və daxili audit proseslərində iştirak və koordinasiya;
Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.
Tələblər
Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə üzrə);
Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür);
Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel);
IFRS bilikləri;
ACCA, CFA üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
Vergi qanunvericiliyi və maliyyə analizi üzrə güclü biliklər;
Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları;
Yüksək təşkilatçılıq, məsuliyyət və diqqətlilik;
Komanda ilə işləmək və rəhbərlik bacarığı;
Məsuliyyət və məxfilik prinsiplərinə riayət.
İş şəraiti:
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir; (2000 azn və üzəri əmək haqqı)
Servis, nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur;
Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanı;
Stabil və böyüyən layihədə çalışma imkanı;
Rəhbərliklə birbaşa işləmək və strateji qərarlarda iştirak imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə göstərilən elektron poçt ünvanına və ya 051 882 97 29 əlaqə nömrəsinə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Green City Resort & Residence
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3916
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə