Baş mühasib

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 26 yanvar 2026

Təsvir

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir

  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək

  • İş yeri: “Melissa Group” (Baş ofis)

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;

  • Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);

  • Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;

  • Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;

  • Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması;

  • Vergi və əmək qanunvericiliyinin tətbiqi;

  • Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək;

  • Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək;

  • Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;

  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)

  • Supermarket və ya pərakəndə satış sahəsində baş mühasib kimi minimum 1 il iş təcrübəsi olmaqla ümumi minimum 3 il iş təcrübəsi;

  • Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);

  • Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;

  • Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;

  • Peşəkar Mühasib Sertifikatı;

  • Komandada işləmə bacarığı.

Uyğun namizədlər CV-lərini göstərilən mail ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3757

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə