Baş Mühasib

Bakı,, Bakı, şəh,, 25, plaza

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Mühasibat məlumatlarını Logo Tiger bazasına vaxtı vaxtında işlənilməsi,

  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;

  • Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;

  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;

  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;

  • Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;

  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;

  • Debitor və kreditor hesablaşmaları aparmaq;

  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;

  • “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;

  • Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;

  • Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi;

  • Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;

  • Gündəlik və aylıq hesabatları tərtib etmək;

  • Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi;

  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

  • Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.

İş şərtləri:

  • İş günləri: 5 günlük iş qrafiki

  • İş yeri: 25 plaza, Şəmsi Rəhimov küç

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Tələblər

  • Cinsi:Kişi

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;

  • Minimum 3 il pərakəndə sahəsində təcrübəsi olmalı;

  • PMS sertifikatının olması üstünlükdür;

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu standartları üzrə yüksək bilik;

  • Logo Tiger proqramı və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;

  • Azərbaycan dilini səlis bilməli, ingilis dili arzuolunandır;

  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.

  • Dəqiqlik və yüksək məsuliyyət;

  • Analitik düşüncə və dəqiqlik

  • Maliyyə analizi və hesabatların idarə olunması bacarıqları.

Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərini qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18591

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya