Baş Kran Operatoru / Mexanik (Senior Crane Operator / Mechanic)
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 yanvar 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Risk qiymətləndirmələri, qaldırma planları və texniki baxış qeydləri daxil olmaqla əməliyyat və texniki sənədlərin hazırlanması, saxlanılması və yenilənməsi.
Zərurət olduqda sahədə gündəlik iş fəaliyyətlərinin əlaqələndirilməsi və tapşırıqların aidiyyəti işçi heyətinə bölüşdürülməsi.
Əməliyyat və inzibati məsələlərlə bağlı mühəndislik və müqavilə dəstək komandaları ilə effektiv ünsiyyətin təmin edilməsi.
Təsdiqlənmiş texniki baxış qrafiklərinə və istehsalçı təlimatlarına uyğun olaraq planlı və korrektiv texniki baxış, yoxlama, yağlama və təmir işləri vasitəsilə daniz layihələrinin pedestal kranlarının etibarlı və təhlükəsiz istismarının təmin edilməsi.
Sertifikatlaşdırılmış səriştə çərçivəsində və təsdiqlənmiş əməliyyat prosedurlarına və təhlükəsizlik standartlarına uyğun olaraq daniz layihələri kranlarının idarə edilməsi.
Kran ehtiyat hissələrinin idarə olunması: ehtiyacların planlaşdırılması, sifarişlərin verilməsi və prioritetləşdirilməsi.
Razılaşdırılmış texniki baxış proqramının icrasına nəzarət və texniki baxış idarəetmə sistemində dəqiq hesabatlığın təmin edilməsi.
Görülən işlərin gedişi, texniki problemlər və potensial risklər barədə müvafiq dəstək komandalarına mütəmadi məlumat verilməsi.
Kran jurnal kitabçalarının aparılması, texniki baxış işlərinin, nasazlıqların və əməliyyatla bağlı qeydlərin sənədləşdirilməsi.
Qaldırma və ya mexaniki yükləmə hadisələri ilə bağlı vaxtında hesabatların hazırlanması.
Kranların, kabinlərin və avadanlıqların təmiz, təhlükəsiz və korroziyaya qarşı qorunan vəziyyətdə saxlanılması.
Təhlükələrin müəyyən edilməsi və azaldılması məqsədilə qaldırma və əməliyyat risk qiymətləndirmələrində iştirak.
Bütün müvafiq təhlükəsizlik, ətraf mühit və fövqəladə hallar prosedurlarına riayət edilməsi.
Tələblər
Mexanika, hidravlika və ya elektrik mühəndisliyi üzrə texniki ixtisas.
Dəniz layihələrində kranlarda planlı texniki baxış və nasazlıqların diaqnostikası üzrə sübut olunmuş iş təcrübəsi.
Texniki çertyojları oxumaq və sahildaxili (onshore) texniki dəstək komandaları ilə effektiv ünsiyyət qurmaq bacarığı.
Texniki baxış idarəetmə sistemləri və texniki hesabatların hazırlanması üzrə kompüter bilikləri.
İş icazəsi (Permit-to-Work) sistemləri və təhlükəsiz iş üsulları barədə biliklər.
Peşəkar və təhlükəsizlik yönümlü yanaşma ilə güclü ünsiyyət bacarıqları.
Avadanlıqların bütövlüyünə və əməliyyat təhlükəsizliyinə diqqət yetirən, təşəbbüskar, etibarlı və detallara həssas yanaşmalı.
Necə Müraciət Etmək Olar
Socar Cape
Vakansiya Təfərrüatları
Vakansiya ID
#6263
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə