Baş energetik
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
“Azprotein Foods Group” MMC “Baş energetik” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
Yaş həddi: 35 - 50 yaş
Staj: 10 il (sahə üzrə təcrübə mütləqdir).
Elektrik üzrə ixtisas təhsili (diplom)
Sahə üzrə sertifikat
Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
Şöbənin gündəlik işlərini planlaşdırmaq, iş bölgüsü aparmaq, personalın fəaliyyətinə nəzarət etmək və nəticələri rəhbərliyə təqdim etmək.
Müəssisədəki elektrik qurğularının, enerji xətlərinin, idarəetmə panellərinin və digər avadanlıqların təhlükəsiz, fasiləsiz və normativlərə uyğun işləməsini təmin etmək.
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsi
Planlı texniki baxışların və təmir işlərinin vaxtında həyata keçirilməsini təşkil etmək, qəza hallarında operativ müdaxiləni təmin etmək.
Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, onların yenidən qurulmasında iştirak edir.
Elektrik təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət etmək, enerji sərfiyyatının optimallaşdırılması üçün təkliflər vermək və tətbiqini təmin etmək.
Elektrik təsərrüfatı ilə bağlı texniki sənədlərin, sxemlərin, jurnal və protokolların düzgün və vaxtında hazırlanmasını və arxivləşdirilməsini təmin etmək.
İş şəraiti
Əmək haqqı: Razılaşma əsasında müəyyən ediləcək.
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin edilir. Koroğlu metrosundan servis mövcuddur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla qeyd olunan elektron ünvanına və ya +994502654898 nömrəsinin Whats App-na göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azprotein Foods Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15733
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə