Baş energetik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Energetika şöbəsinin işinin sistemli şəkildə təşkil edilməsi;
Rəhbrəliyin tapşırığına əsasən müəssisənin bütün elektrik təchizatına rəsmi qaydada cavabdehlik daşımaq;
Müəssisənin enerji resurslarının yüksək effektivlik və keyfiyyət göstəricinə malik olmasına cavabdehlik;
Enerji sisteminin tam təhlükəsiz, dayanıqlı və qüsursuz işinin təşkil olunması və enerji kəsilməzliyinin yüksək səviyyədə təmin olunması;
Müəssisənin bütün vacib rəsmi sənədlərinin tam qaydasında olması və rəsmi qurumlar qarşısında müəssisənin enerji ilə bağlı mənafeyinin müdafiə olunması;
Elektrik enerjisi sərfinin uçotu və təhlili, elektrik şəbəkələrinin fəaliyyətinin rasionallaşdırılması üzrə layihələrin işlənib hazırlanması;
Elektrik və avtomatlaşdırma sistemləri üzrə iş həcmlərinin, BOQ-ların, büdcələrin və tender texniki şərtlərinin hazırlanması;
İşçi heyyətin peşəkarlıq dərəcəsinin artırılması istiqamətində davamlı işlər görülməsi və ildə bir dəfə attestasiya imtahanlarının təşkili;
Qarşıya çıxan texniki nasazlıq və qəza halları ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi;
Davamlı təkmilləşdirmə və qənaətin artırılması ilə bağlı təkliflər paketi işlənib hazırlanması.
Tələblər
Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (İri biznes mərkəzləri, otellər və s., infrastruktur layihələrində təcrübə üstünlükdür);
Aşağı və orta gərginlikli sistemlər üzrə güclü biliklər;
Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və iş rejimləri barədə məlumatlı olmaq;
Enerji təsərrüfatının təşkili, texniki istismar və təmir texnologiyaları üzrə biliklər;
Microsoft Office, AutoCAD və digər elektrik layihələndirmə proqramlarında işləmək bacarığı;
Elektrik sxemləri, enerji paylanması və təhlükəsizlik qaydalarını mükəmməl bilmək;
Digər elektrik layihələndirmə proqramlarında iş bacarığı;
Yerli normativlər (AzDTN, FHN) və beynəlxalq standartlar (IEC, EN, NFPA, ISO) üzrə biliklər;
Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və rəhbərlik bacarıqları;
Yüksək məsuliyyət, operativ qərarvermə və problem həll etmə qabiliyyəti.
Əlavə məlumat:
İş qrafiki: Həftə içi 5 gün, 6-cı gün qısa iş günü;
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AGA Group
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən və müxtəlif biznes istiqamətlərini birləşdirən şirkətlər qrupudur. Qrup əsasən tikinti, layihə idarəetməsi, ticarət və xidmət sahələrində fəaliyyət göstərərək yerli bazarda müxtəlif miqyaslı layihələrin icrasını həyata keçirir. AGA Group müasir idarəetmə yanaşması və operativ əməliyyat modeli ilə fərqlənir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərini əsas tutur. AGA Group bazarın tələblərinə uyğun innovativ həllər tətbiq etməyi, layihələrin vaxtında və standartlara uyğun icrasını təmin etməyi və davamlı inkişaf strategiyası ilə mövqeyini gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11041
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000