Baş dizayner
Bakı
Tam Ştat
Orta Səviyyə
1.600 - 2.000 AZN
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
Baş dizayner
Ardeco by Gamarlinsky interyer və eksteryer dizayn sahəsində fəaliyyət göstərən, innovativ yanaşması və yüksək keyfiyyətli layihələri ilə seçilən bir dizayn və tikinti şirkətidir. Hazırda komandamıza həm yaradıcılığı, həm də idarəetmə bacarığı güclü olan Baş Dizayner axtarırıq.
Bu vəzifə yalnız dizayn hazırlamaqla məhdudlaşmır. Baş dizayner həm layihələr üzərində aktiv işləməli, həm də dizayner və memarlardan ibarət komandanın işini düzgün yönləndirməli, tapşırıqları bölüşdürməli, işlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsini təmin etməlidir.
İş yeri: Bakı, Ziya Bünyadov prospekti
İş qrafiki: 09:00 dan–18:00 dək (bazar günü istirahət)
Maaş: Müsahibə əsasında müəyyən olunacaq
Müraciət:
Özünə güvənən və uyğun namizədlər CV və portfoliolarını WhatsApp vasitəsilə göndərə bilərlər.
İş haqqında
Memarlıq və dizayn sahəsində təhsil və ya ciddi iş təcrübəsi
3ds Max, Corona, AutoCAD və oxşar proqramlarda sərbəst işləmə bacarığı
Güclü dizayn zövqü və fotorealistik vizualizasiya bacarığı
Layihə idarəetməsi və komanda yönləndirməsi bacarığı
İş bölgüsü, vaxt planlaması və proses nəzarəti bacarığı
Ölçülərlə işləmə və texniki detallara yüksək diqqət
Məsuliyyətli, punktual, tələbkar və idarəetmədə balanslı olmaq.
Tələblər
3ds Max, Corona Renderer, AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək
Keyfiyyətli və fotorealistik vizualizasiyalar hazırlamaq
İnteryer və eksteryer layihələrinin konseptual və texniki işlənməsində iştirak etmək
İşçilik layihələrinin hazırlanmasına nəzarət etmək
Dizayner və memarlardan ibarət komandanı idarə etmək
İş bölgüsü aparmaq, tapşırıqları düzgün yönləndirmək və icrasına nəzarət etmək
Layihələr üzrə iş qrafiki və deadline-lar təyin etmək
Komandanın iş prosesini koordinasiya etmək və layihələrin vaxtında təhvil verilməsini təmin etmək
Rəhbərliklə və komanda üzvləri ilə sıx əməkdaşlıq şəraitində işləmək.
Necə Müraciət Etmək Olar
Ardeco by Gamarlinsky
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14778
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə