Baş Anbardar

Bakı,, Binəqədi, rayonu

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 24 iyun 2026

Təsvir

  • Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirmək;

  • Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə etmək;

  • Anbarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və bu tələblərin heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;

  • Zədələnmiş və servisə göndərilməli malların vaxtında və düzgün qablaşdırmada göndərilməsini təşkil etmək;

  • Müvafiq satış və sifariş tələblərinə əsasən anbardan düzgün məhsul çıxışını təmin etmək;

  • Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra etmək;

  • Bütün əməliyyatların (qaimə, akt və s.) sənədləşməsini prosedur qaydalarına əsasən aparmaq və sənədləri arxivləşdirmək;

  • Fors-major hallarda operativ tədbirlər görmək və mağaza rəhbərliyini məlumatlandırmaq;

  • Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.

İş şərtləri:

  • Əmək haqqı: Müsahibə əsasənda təyin olunur

  • İş rejimi: 6 günlük iş rejimi

  • AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə

  • İş yeri: Binəqədi rayonu

Tələblər

  • Cinsi: Kişi

  • Yaş: 25 – 45 yaş

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, logistika və ya idarəetmə sahəsində üstünlükdür)

  • İş təcrübəsi: Müvafiq sahə üzrə rəhbər vəzifədə ən azı 3 il (Pərakəndə satış sahəsi üzrə iş təcrübəsi  üstünlükdür)

  • Dil bilikləri: Azərbaycan dili səlis

  • Kompüter bilikləri: MS Word, MS Excel və Logo Tiger proqramlarında sərbəst işləmək bacarığı

  • Anbar idarəetməsi və daxili prosedurlar üzrə təcrübə

  • Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq

  • Liderlik bacarığı, heyət idarəetməsi və motivasiya

  • Effektiv qərarvermə və problemhəll etmə bacarığı

İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş Anbardar” qeyd edərək  şəkili CV-lərinizi hr@emsan.com.az elektron ünvanına göndərməyiniz  xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16887

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kredit mütəxəssisi

Tam Ştat

KREDİT MÜTƏXƏSSİSİ Satış sahəsində özünü sübut etmiş və gələcəkdə idarəetmə istiqamətində inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik. Bu vəzifə satış bacarıqlarını daha da inkişaf etdirməklə yanaşı, gələcəkdə mağaza idarəçiliyi üzrə karyera qurmaq imkanı yaradır. Öhdəliklər: Müştərilərə kreditlə satış imkanlarını təqdim edərək satışların artırılmasına aktiv dəstək vermək; Müştəri ehtiyaclarını düzgün analiz edərək uyğun kredit həlləri təklif etmək; Kredit müraciətlərini operativ şəkildə qəbul edib qiymətləndirmək; Kredit portfelini idarə edərək risklərin minimuma endirilməsini və geri ödənişlərin vaxtında təmin olunmasını nəzarətdə saxlamaq; Kreditlə satış prosesində tələb olunan sənədlərin düzgünlüyünü və daxili qaydalara uyğunluğunu yoxlamaq; Müştəri və müqavilə məlumatlarını sistemə dəqiq və vaxtında daxil etmək; Müştərilərə kredit müqaviləsinin şərtlərini aydın və satış yönümlü şəkildə izah etmək; Gecikmədə olan müştərilərlə effektiv ünsiyyət quraraq ödənişlərin bərpasını təmin etmək; Mağaza meneceri ilə sıx əməkdaşlıq edərək satış hədəflərinə nail olunmasına töhfə vermək; İş şəraiti: Əmək haqqı: 500 AZN + bonus sistemi; İş yeri: Xırdalan şəhəri; AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; İş fəaliyyətinə əsaslanan inkişaf və karyera imkanları.

Xırdalan,, Xırdalan, şəhəri