Bank proseslərinə dəstək Şöbəsinin Kiçik Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Müvafiq proqram təminatı vasitəsilə departamentə daxil olan müraciətlərin araşdırılması və həll edilməsi;
İnformasiya sistemlərində mütəmadi olaraq təkrarlanan proseslərin bankdaxili sənədlər əsasında yerinə yetirilməsi;
İstifadəçilərə bankdaxili proqramlardan istifadə üçün giriş icazələrinin verilməsi;
Bank əməkdaşları tərəfindən istifadə olunan proqram təminatı və tətbiqlərin fəaliyyətinə dəstəyin göstərilməsi;
Özünəxidmət terminallarında nağd pul vasitəsilə həyata keçirilən problemli ödəniş əməliyyatlarının araşdırılması;
Əməliyyat gününün bağlanmasının təmin edilməsi.
Üstünlüklərimiz:
Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
SQL (Oracle) və PL/SQL üzrə ilkin biliklər;
Azərbaycan dilini əla səviyyədə bilməli;
Yaxşı kommunikasiya bacarıqlarına malik olmalı;
Analitik düşüncə tərzi və verilənlərlə işləyərək düzgün nəticələr çıxarmaq bacarığı.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17362
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+