Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 29 may 2026

Təsvir

  • Məktəbin yaşıllıq ərazilərində (bağça, uşaq meydançası və ətraf sahələr) gündəlik təmizlik və səliqə-sahmanı təmin etməli, xüsusilə mövsümi olaraq (payız aylarında) tökülən yarpaqları mütəmadi təmizləyərək, təhlükəsiz hərəkət mühitini qorumalı;

  • Müəssisə daxilində mərkəzdaxili daşıma işlərini təşkil etməli, avadanlıq, material və digər yüklərin təhlükəsiz, səliqəli və vaxtında daşınmasını təmin etməli;

  • Bağ ərazisindəki ağac və bitkilərin suvarılmasını onların növünə, mövsümə və iqlim şəraitinə uyğun şəkildə planlı və davamlı olaraq həyata keçirməli;

  • Ərazidəki ot örtüyünün biçilməsini təmin etməli, dekorativ bitkilərə və çiçəklərə mütəmadi qulluq göstərməli;

  • Bitkilərin sağlamlığının qorunması məqsədilə profilaktik və operativ tədbirlər görməli (dərmanlama, budama, torpağın işlənməsi və digər aqrotexniki qulluq işləri);

  • Müxtəlif səbəblərdən (donma, quruma, xəstəlik və s.) zədələnmiş və ya məhv olmuş bitkiləri ərazidən uzaqlaşdırmalı, onların əvəzinə yerli iqlimə uyğun yeni bitkilərin əkilməsini təmin etməli;

  • Bağ ərazisini gündəlik olaraq nəzarətdə saxlamalı, infrastrukturda (divarlar, pilləkənlər, hasarlar, qazanlar, dam örtüyü və s.) yaranan nasazlıqlar barədə dərhal Təsərrüfat və inzibati dəstək bölməsinin rəhbərliyini məlumatlandırmalı və təmir prosesinin təşkili üçün təşəbbüs göstərməli;

  • Hovuz və su çənlərinin sanitariya vəziyyətinə nəzarət etməli, onların ildə minimum iki dəfə təmizlənməsini təmin etməli;

  • Həyət və park ərazilərinin daim təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlanmasını təmin etməli, ərazidə yaranan tullantıları, toz və digər çirklənmələri mütəmadi olaraq aradan qaldırmalı;

  • Ərazidə mövcud olan heyvan sığınacaqlarının təmizliyini təmin etməli, heyvanların gündəlik qidalanmasını və su ilə təminatını həyata keçirməli, hər hansı xəstəlik və ya fövqəladə hal baş verdikdə dərhal rəhbərliyi məlumatlandırmalı;

  • Texniki bilik və səlahiyyətlərini aşan məsələlərdə, əlavə texniki və ya ixtisaslaşmış dəstək alınması üçün Təsərrüfat və inzibati dəstək bölməsinin rəhbərinə müraciət etməli;

  • Məktəbin bağça və park ərazilərinin daim təmiz, səliqəli və estetik baxımdan uyğun vəziyyətdə saxlanmasına görə məsuliyyət daşımalı;

  • Görülmüş işlər və ümumi fəaliyyət üzrə həftəlik, aylıq və illik hesabatlar hazırlamalı və Təsərrüfat və inzibati dəstək bölməsinin müdirinə təqdim etməli;

  • Fəaliyyət sahəsi ilə bağlı məsələlərdə müəssisəni daxili və zəruri hallarda xarici tərəflər qarşısında təmsil etməli;

  • Fəaliyyətini daxili və xarici müştəri məmnuniyyətini əsas götürərək, xidmət keyfiyyətinə uyğun şəkildə həyata keçirməli;

  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.

Tələblər

  • Minimum 1 il iş təcrübəsi;

  • Təmizlik qaydalarını bilməli:

  • Bitkilərin əkilməsi, qulluq, suvarma sistemləri kimi texniki bilikləri sahib olmalı;

  • Sağlamlıq və təhlükəsizlik normalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını bilməli;

  • Səbirlilik;

  • Ədalətlilik, məsuliyyət və dürüstlük;

  • Fiziki səy;

  • Hörmət və qayğıkeşlik

  • Əməkdaşlıq;

  • Texnoloji alət və avadanlıqlardan səmərəli istifadə edə bilmək.

Necə Müraciət Etmək Olar

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15987

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Xadimə

Tam Ştat

Hər gün Təsərrüfat və inzibati dəstək bölməsinin direktoru tərəfindən müəyyən edilmiş mərtəbə və ya mərtəbələrdə sinif otaqları, kabinetlər, laboratoriyalar, tətbiqi dərs zalları, WC, konfrans zalı, dəhlizlər və pilləkənləri təmizləməli və təşkil etməli və bu bölmələrin gün ərzində təmiz və səliqəli qalmasına nəzarət etməli; Vaxtaşırı verilən təmizlik materiallarından başqa əlavə material tələb olunduqda “Material Sorğu Forması”nı dolduraraq Təsərrüfat və inzibati dəstək bölməsi müdirinə təqdim etməli və təsdiq edilmiş formanı anbara təqdim edərək lazım olan materialları təhvil almalı; Təmizlik işləri apardığı bölmələrdə işıqlandırma, isitmə, soyutma sistemləri və ya mebellərdə nasazlıq və ya zədə olub-olmadığını yoxlamalı, aşkar etdiyi nasazlıqlar barədə Təsərrüfat və inzibati dəstək bölməsi müdirinə məlumat verməli; Hər günün sonunda mərtəbələrdəki kran və işıqları yoxlamalı və lazımi tədbirlər görməli; Dövri olaraq ümumi təmizlik işləri zamanı siniflərin, kabinetlərin, laboratoriyaların, tətbiqi dərs zallarının, WC-lərin, konfrans zalının, dəhlizlərin və pilləkənlərin divarlarını, partalarını, şkaflarını, şüşələrini və digər səthlərini təmizləməli; Şöbə və bölmələrdəki pərdələri müəyyən dövrlərdə söküb, yuyub və yenidən taxmalı; Təsərrüfat və inzibati dəstək bölmə müdirinin təlimatı ilə mərkəz daxilində və ya xaricində keçiriləcək tədbirlər üçün stul, səhnə, dekor, xalça, aparat və digər malları fəaliyyət sahəsinə zərər vermədən daşınmasını təmin etməli; Müəssisə daxilində yer dəyişikliyi olduqda, bölmələrə aid əşyaların zədələnmədən ötürülməsinə kömək etməli; İşlədiyi ərazilərdə ona məxsus olmayan əşyalar aşkar etdikdə Təsərrüfat və inzibati dəstək bölməsi müdirinə məlumat verməli və göstəriş əsasında əşyaları itmiş əşya anbarına yerləşdirməli; İş vaxtı xaricində növbətçilik edərək binanın, dərs və iş yerlərinin təmizliyini təmin etməli; Təmizlik zamanı istifadə etdiyi material və avadanlıqlardan qənaətlə istifadə etməli; Kimyəvi materiallardan istifadə zamanı SƏTƏM qaydalarına riayət etməli; Hovuzun və su çəninin içini ildə iki dəfə təmizləməli; Satınalma tələbinə uyğun olaraq sorğuları Təsərrüfat və inzibati dəstək bölməsi müdirinə təqdim etməli; Fəaliyyət sahəsi ilə əlaqədar mərkəzi təmsil etməli, bütün fəaliyyətini daxili və xarici müştəri məmnuniyyətini nəzərə alaraq həyata keçirməli və birbaşa rəhbərinin verdiyi tapşırıqları yerinə yetirməlidir. İş saatları 08:00-17:00

Учитель русского языка

Tam Ştat

Краткое описание должности: Основной функцией учителя русского языка, работающего в «Международном центре образования и инноваций XXI века» ООО, является содействие формированию учащихся в соответствии с миссией, основными ценностями и профилем учащегося, определёнными «Международным центром образования и инноваций XXI века» ООО, с учётом возрастных особенностей и уровня подготовки учащихся. Основные обязанности: планировать содержание урока и методы преподавания в соответствии с применяемым учебным планом, а также проводить занятия в соответствии с этим планом; определять и применять соответствующие методы оценивания, анализировать результаты оценивания; принимать меры для устранения выявленных недостатков; способствовать всестороннему развитию учащихся; ежедневно вести соответствующие записи о развитии учащихся; участвовать в других запланированных учебно-воспитательных мероприятиях; взаимодействовать с родителями в рамках общих принципов и правил школы и т.д.

Tibb bacısı

Tam Ştat

Bütün yeni şagirdlər üçün “Şagird sağlamlıq forması”nın doldurulmasını təmin etməli və şagird Mərkəzdə təhsil aldığı illər ərzində “Şagird qovluğu”nda saxlanılmalı və təhsil bitdikdə müvafiq qaydada arxivləşdirilməli; Dərs saatında müvafiq akademik direktor müavinin icazəsi ilə Tibb məntəqəsinə gələn təhsilalanlara tibbi xidmət göstərməli, ehtiyac olduqda dərman və ya tibbi vasitələri təmin etməli və müvafiq qeydiyyat aparmalı; Davamlı olaraq dərmanlardan istifadə edən şagirdlərin müvafiq şəraitdə saxlanılan dərmanlarını pediatrın məlumatı daxilində lazım gəldikdə istifadə etməsini təmin etməli və sağlamlıq vəziyyətinə əsasən bədən tərbiyəsi dərslərindən azad olunma arayışlarının toplanmasını təşkil etməli; Həftəlik olaraq tibb məntəqəsindən istifadə edən işçi və təhsilalanların qeydiyyatını aparmalı, təhsilalanların və işçilərin qanunvericiliyə uyğun olaraq tibbi müayinələrdən vaxtında keçməsini təmin etməli və qeydiyyatları aparmalı; Səhiyyə Nazirliyinin tələblərinə əsasən şagirdlər arasında sağlamlıq yoxlamaları üçün siyahılar hazırlamalı, “Razılıq vərəqəsi” əsasında yoxlamaların aparılmasına və nəticələrin “Şagird sağlamlıq forması”nda qeydiyyatına nəzarət etməli; Yıxılma, toqquşma, sınıq, qızdırma, allergiya, qan təzyiqi kimi təcili hallarda valideyni məlumatlandırmalı, ilk tibbi yardım göstərməli və şagirdi müşahidə altında saxlamalı; Şagirdin və ya işçinin təcili yardım maşını ilə köçürülməsi lazım olduğu hallarda Təcili Yardıma məlumat verməli, əməkdaşlara vəziyyət barədə ətraflı məlumat təqdim etməli; İbtidai təhsil üzrə şagirdlərin boy və çəkisinin ölçülməsini və məlumatların “Şagird sağlamlıq forması”nda qeyd edilməsini təmin etməli; Gündəlik olaraq Mərkəzin binalarına daxil olan şagirdlərin ilkin sağlamlıq müayinəsini (temperatur, fiziki müayinə) həyata keçirməli və mərkəzdənkənar fəaliyyətlər zamanı şagirdlərin sağlamlığına nəzarət etməli; Mərkəzdə gigiyena qaydalarına riayət edilməsinə və xüsusi qidalanma ehtiyacı olan şagirdlərin fərdi qidalanmasının düzgün təşkilinə nəzarət etməli; Yeni işçilərin sağlamlıq sənədlərini qəbul etməli, qeydiyyat kitabçası açmalı və dövrü qeydləri aparmalı; Fəaliyyət sahəsinə uyğun olaraq Mərkəzi təmsil etməli, daxili və xarici müştəri məmnuniyyətini nəzərə alaraq fəaliyyətini təşkil etməli və sanitar-gigiyenik maarifləndirmə işlərini həyata keçirməli; İlkin yardım və profilaktik tədbirləri səmərəli şəkildə icra etməli, qida blokunun sanitar-gigiyena vəziyyətinə nəzarət etməli və fəaliyyətlə bağlı qeydiyyat və sənədləşmə işlərini düzgün aparmalı; Dövrü hesabatlar hazırlamalı, lazımi Fərdi Mühafizə Vasitələrindən istifadə etməli və əməyin mühafizəsi qaydalarına əməl etməli; SƏTƏM üzrə mütəxəssisin göstərişlərini icra etməli və nasazlıq vəya çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılmasını təmin etməlidir.