Ana Səhifə
Vakansiyalar

Backoffice / Cost Control Mütəxəssisi (Outsource xidmət)

Backoffice / Cost Control Mütəxəssisi (Outsource xidmət)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 1 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri

İşə götürəcəyimiz mütəxəssis Clopos sistemi üzərindən müştəri restoranlarının arxa ofis əməliyyatlarını idarə edəcək.

Əsas iş istiqamətləri:

  • Mədaxil qaimələrinin (alış sənədlərinin) Clopos sisteminə daxil edilməsi və yoxlanılması

  • Müştəri restoranlarında anbar sayımlarının (inventarizasiyanın) aparılması və nəticələrin sistemə işlənməsi

  • Məhsul maya dəyərinin (cost) izlənməsi, itki və fərqlərin təhlili

  • Texnoloji kartların (reseptlərin) sistemdə qurulması və yenilənməsi

  • Anbar qalıqlarının nəzarəti, çatışmazlıq və artıqlıqların aşkarlanması

  • Aylıq cost control hesabatlarının hazırlanması və müştəriyə təqdim edilməsi

  • Müştəri restoranları ilə birbaşa ünsiyyət, problemlərin operativ həlli

Tələblər

  • Cost control, mühasibat və ya restoran backoffice sahəsində ən azı 1 il iş təcrübəsi (üstünlükdür)

  • Clopos, iiko, R-Keeper və ya bənzər restoran avtomatlaşdırma sistemləri ilə tanışlıq üstünlükdür

  • Microsoft Excel-də yaxşı səviyyədə işləmə bacarığı

  • Rəqəmlərlə işləməyi sevmək, dəqiqlik və məsuliyyət hissi

  • Müştəri restoranlarına səfərlər üçün mobil olmaq

  • Analitik düşüncə, problem həll etmə bacarığı

  • Azərbaycan dilini səlis bilmək; rus və ingilis dili üstünlükdür

İş rejimi: Tam ştat, Ofis + sahə (müştəri restoranlarına səfərlər)

Biz təklif edirik

  • Rəqabətli əməkhaqqı (müsahibədə müzakirə olunur)

  • Rəsmi əmək müqaviləsi

  • Peşəkar inkişaf üçün daxili təlimlər

  • Restoran sektorunun aparıcı şirkətləri ilə işləmək imkanı

  • Dinamik və gənc komanda

  • Karyera yüksəlişi imkanları

CV-nizi qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu xanasında: **"Backoffice Mütəxəssisi"**qeyd edin.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17806

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya