Backend Proqramlaşdırma şöbəsinin Aparıcı / Baş Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Backend arxitekturasının formalaşdırılması, mikroservis dizayn qərarlarının verilməsi və mövcud sistemlərin modernizasiyası istiqamətində texniki yol xəritəsinin hazırlanması;
Java/Spring ekosistemində yüksək performanslı, təhlükəsiz və genişlənə bilən xidmətlərin inkişaf etdirilməsi, code review prosesinin idarə edilməsi, kodlaşdırma standartlarının müəyyənləşdirilməsi və tətbiqinin təmin edilməsi;
Komanda daxilindəki mühəndislərə texniki mentorluq göstərilməsi, bilik paylaşımı sessiyalarının keçirilməsi və yeni üzvlərin onboarding prosesinin idarə edilməsi;
Product Owner, biznes analitikləri, QA və digər komandalarla sıx əməkdaşlıq edərək feature-ların prioritetləşdirilməsi, texniki həllərin razılaşdırılması və Agile seremoniyalarında fəal iştirak;
Sistemlərin monitorinqi, performans darboğazlarının aradan qaldırılması, SQL optimallaşdırılması və insidentlər zamanı root cause analysis aparılması.
Üstünlüklərimiz:
Böyük və stabil komandada təcrübə qazanmaq imkanı;
Real biznes proseslərində iştirak etmək imkanı;
Davamlı öyrənmə və texniki inkişaf üçün imkanlar;
Şəffaf kommunikasiya və dəstəkləyici iş mühiti;
Karyera inkişafı üçün perspektivlər;
Könüllü tibbi sığorta.
Tələblər
Minimum 5 il proqram mühəndisliyi təcrübəsi, ən azı 2 ili texniki liderlik rolunda.
Java və OOP prinsipləri üzrə dərin biliklər*;*
Spring Boot, Spring Data, Spring Web və Spring Security üzrə praktiki təcrübə.
Hibernate ilə işləmə bacarığı*;*
Mikroservis arxitekturasının dizaynı və tətbiqi — Saga, Circuit Breaker və API Gateway kimi pattern-ların istifadəsi*;*
REST API dizaynı və inteqrasiyası*;*
PostgreSQL və Oracle ilə iş təcrübəsi, SQL optimallaşdırılması*;*
Redis ilə caching həlləri. Kafka ilə asinxron mesajlaşma arxitekturalarının qurulması*;*
Docker, Kubernetes, Git, unit test və mock server alətləri (Hoverfly, WireMock) ilə təcrübə. Problem analizi, müstəqil qərarvermə və komanda ilə effektiv kommunikasiya bacarığı.
Üstünlük:
Bank və ya maliyyə sektorunda təcrübə*;*
Yüksək yüklü sistemlərlə iş təcrübəsi*;*
CI/CD pipeline-ları (Jenkins, GitLab CI)**;
Monitorinq alətləri — ELK, Grafana, Prometheus. Camunda, Kong API Gateway, PL/SQL, Apache Solr*;*
Agile/Scrum üzrə güclü praktiki təcrübə.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17358
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+