Backend Developer (Middle / Senior)
Yarım Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Biz sürətlə böyüyən idman zalı idarəetmə və fitness tracking SaaS platforması üzərində çalışırıq. Mövcud backend infrastrukturumuzu təkmilləşdirmək və yeni funksionallıqlar əlavə etmək üçün təcrübəli Backend Developer axtarırıq.
İş şəraiti:
İş növü: Remote (İstənilən yerdən)
Əmək haqqı: Təcrübə və bacarıqlara uyğun olaraq portfolio əsasında müzakirə olunur.
Məşğulluq növü: Tam ştat / Part-time / Freelance
Əsas Tələblər:
NestJS, TypeScript ilə scalable backend arxitekturası qurmaq
PostgreSQL + TypeORM/Prisma ilə DB dizaynı və optimallaşdırma
RESTful API, JWT authentication, CQRS və Clean Architecture tətbiqi
Firebase auth və push notification inteqrasiyası
MinIO/S3 file storage qurulması
Docker ilə containerization və deployment idarəsi
Frontend komandası ilə API inteqrasiyasında əməkdaşlıq
Legacy C#/.NET kodunun Node.js-ə migration edilməsi
Code review, unit/integration test yazılması
Əlavə Üstünlüklər (Nice to Have):
C#/.NET oxuma bacarığı
CI/CD (GitHub Actions / GitLab CI) təcrübəsi
DDD, Microservices, GraphQL, Redis, Event-driven architecture bilikləri
i18n / multi-language sistemlər
Legacy refactoring təcrübəsi
Texniki tələblər:
Dil bilikləri: Azərbaycan dili, İngilis dili (yazılı və şifahi - texniki sənədlər üçün);
Backend: Node.js, NestJS, TypeScript, TypeORM/Prisma;
Database: PostgreSQL, Redis (cache);
DevOps: Docker, Docker Compose, CI/CD tools;
Cloud Services: Firebase, MinIO/AWS S3;
Version Control: Git,GitHub/GitLab;
Testing: Jest, Supertest.
**Şəxsi keyfiyyətlər:**Analitik düşüncə, təmiz kod yazma mədəniyyəti, komanda əməkdaşlığı, proaktivlik, deadline-a riayət, konstruktiv code review.
Biz nə təklif edirik:
Böyümə mərhələsindəki startup ilə uzunmüddətli əməkdaşlıq;
Modern texnologiyalar və best practices ilə işləmək imkanı;
Dinamik və innovativ texniki komanda ilə iş;
Performansa əsaslanan karyera inkişafı və maaş artımı;
Gələcəkdə equity (şirkət səhmi) alma potensialı;
Müraciət etmək üçün:
GitHub profile və ya portfolio təqdim etmək mütləqdir. Portfolionuzda backend layihələrinizi, açıq qaynaq töhfələrinizi və kod nümunələrinizi nümayiş etdirin.
Bu sadəcə kontrakt deyil - bizimlə birlikdə böyüyəcək düzgün developer ilə uzunmüddətli texniki partnyorluq qururuq.
Müraciət zamanı aşağıdakı sualları cavablandırmanızı xahiş edirik:
İş qrafiki: Full-time, part-time yoxsa freelance formatında işləmək sizə uyğundur? Həftəlik neçə saat ayıra bilərsiniz?
Maaş gözləntisi: Aylıq əmək haqqı gözləntiniz nədir? (AZN olaraq qeyd edin)
**Qeyd:**Təcrübəniz və iş formatınıza uyğun aylıq maaş gözləntinizi qeyd edin. Qeyri-real rəqəmlər müraciətin nəzərə alınmamasına səbəb ola bilər.
Maraqlanan namizədlər öz CV-lərini və GitHub/portfolio linklərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Webidea
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9277
İş Növü
Yarım Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə