Back-end Developer (Middle)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Yeni layihələrin hazırlanması
Hazır modullara texniki dəstəyin göstərilməsi
Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
Proqram səhvlərini təhlil edib ,düzəldib və hesabatlarını vaxtında təqdim etmək
Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
Tələblər
Təhsil: Ali
İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
Texniki biliklər:
C# (OOP), ASP.NET MVC və .NET Core üzrə mükəmməl bilik
SQL və SQL Server biliyi
RESTful API-lərlə işləmə təcrübəsi
Git və GitFlow kimi branch strategiyaları ilə işləmə təcrübəsi
Swagger/OpenAPI ilə sənədləşdirmə
Kafka, RabbitMQ və ya digər mesajlaşma sistemləri ilə tanışlıq
CI/CD prosesləri və alətləri (məsələn, Azure DevOps)
Tətbiqi bacarıqlar:
Analitik təhlil etmə və operativlik
Komandada işləmək bacarığı
Təmiz kod yazma vərdişi və SOLID prinsiplərinə riayət etmə
Agile və Scrum metodologiyalarında işləmə təcrübəsi
Yumuşaq bacarıqlar (Soft Skills):
Güclü problem həll etmə və debugging bacarığı
Müstəqil işləmək və məsuliyyətli qərarlar qəbul etmək bacarığı
Aydın və peşəkar ünsiyyət, texniki sənədləşdirmə qabiliyyəti
Yeni texnologiyaları öyrənmək və tətbiq etmək istəyi
Deadline-lara əməl etmə və nəticə yönümlü yanaşma
Vəzifə öhdəlikləri:
Yeni layihələrin hazırlanması
Hazır modullara texniki dəstəyin göstərilməsi
Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
Proqram səhvlərini təhlil edib ,düzəldib və hesabatlarını vaxtında təqdim etmək
Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
İş şərtləri:
İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V-gün 09:00 - 17:00
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Ateshgah Sigorta
Other
Atəşgah Sığorta Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən və uzun illərdir müştərilərinə etibarlı maliyyə müdafiəsi təqdim edən aparıcı sığorta şirkətlərindən biridir. Şirkət rəsmi məlumatına görə 27+ illik təcrübəyə malikdir və həm fərdi şəxslərə, həm də bizneslərə müxtəlif sığorta həlləri təklif edir. “Atəşgah Sığorta”nın xidmət portfelinə avtomobil sığortası (icbari, KASKO), əmlak sığortası, səyahət sığortası, həmçinin digər fərqli sığorta məhsulları daxildir. Müştərilər sığorta xidmətlərini onlayn əldə edə, ödəniş edə və sığorta məlumatlarını yoxlaya bilirlər.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17604
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500