B2B Satış Meneceri

Bakı

Tam Ştat

Menecer

1.000 AZN-dən

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 12 may 2026

Təsvir

Digital Classifieds şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına, dəstəklənməsinə və inkişafına yönəlib. Bunlar avtomobillərin, daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az.

Tap.az Azərbaycanda alqı-satqı üçün aparıcı onlayn platformadır və aylıq təxminən 2.0 milyon istifadəçiyə çatır. B2B istiqamətimizi böyütdüyümüz üçün komandamıza nəticəyönümlü B2B Satış Meneceri axtarırıq.

Sizdən nə gözləyirik:

  • B2B xidmətlərinin satışı: rəqəmsal məhsullar, reklam, analitika;

  • SME və SoHo seqmentlərində satış “qıf”ının qurulması və idarə edilməsi;

  • Yeni müştərilərin cəlbi və mövcud tərəfdaşlarla satışların artırılması
    (upsell/cross-sell);

  • Orta müqavilə məbləğinin yüksəldilməsi və satış hədəflərinə çatmaq;

  • Müştəri rəylərini toplamaq və məhsulun inkişafına töhfə vermək.

Biz nə təklif edirik:

  • Sabit əmək haqqı: 1,000 AZN net;

  • Limitsiz bonus sistemi (nəticəyə görə);

  • İş yeri və avadanlıq təminatı;

  • Onboarding proqramı və mentor dəstəyi;

  • Sınaq müddətindən sonra tibbi sığorta və əməkdaşın effektivlik göstəricilərinə
    (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi;

  • Bakı ofisində parkinq yeri.

Tələblər

  • Təsdiqlənmiş B2B satış təcrübəsi (rəqəmsal/SaaS/reklam üstünlükdür);

  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları;

  • CRM və satış “pipeline” idarəetməsi bacarıqları;

  • Ali təhsil (bakalavr) — mütləqdir;

  • Rus dili — üstünlükdür;

  • Digər dillər — üstünlükdür;

  • Proaktiv yanaşma və uzunmüddətli müştəri münasibətlərinə fokus.

Namizədlərdən CV-lərini 12 Aprel 2026-ci il tarixindən gec olmayaraq hr@digit.az elektron poçt ünvanına “B2B Sales tap.az” başlığı ilə göndərmələrini xahiş edirik. Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaq.

Necə Müraciət Etmək Olar

Digital Classifieds

Digital Classifieds

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12550

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya