Avtomobil Satış Məsləhətçisi (Showroom)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 23 yanvar 2026
Təsvir
İş şəraiti
İş yeri: Ziya Bünyadov 86b, Nərimanov. Bakı, Forthing Motor Azerbaijan Showroom
İş qrafiki: Tam ştat (həftəsonu daxil olmaqla növbəli qrafik)
Əmək haqqı: Sabit maaş + satış bonusu (KPI əsaslı)
İşə başlama: Yanvar 5 2026
Vəzifə öhdəlikləri
Showroom-a gələn müştəriləri peşəkar şəkildə qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək
Forthing modelləri üzrə təqdimat etmək: xüsusiyyətlər, üstünlüklər, komplektasiya, zəmanət və servis imkanları
Test-drive təşkil etmək və prosesin koordinasiyası
Müştərilərə kredit/finans həllərinin ilkin izahını vermək, sənəd siyahısı və müraciət addımlarını düzgün yönləndirmək
Müştəri bazası ilə işləmək: zəng/WhatsApp/e-poçt vasitəsilə izləmə (follow-up) etmək
CRM-də lead-lərin qeydiyyatı, görüşlərin planlanması və satış prosesinin mərhələlər üzrə idarə olunması
Satış planı və KPI-lara uyğun nəticə göstərmək
Showroom-da avtomobillərin təqdimat vəziyyətinə (səliqə, materiallar, qiymət etiketi və s.) nəzarətə dəstək
Müştəri məmnuniyyəti standartlarına riayət etmək və satış sonrası əlaqəni qorumaq
Şirkətin etik davranış və compliance qaydalarına uyğun işləmək
Tələblər
Satış və ya müştəri xidməti sahəsində ən azı 1 il təcrübə (avtomobil sektoru üstünlükdür)
Ünsiyyət və təqdimat bacarığı, inandırıcı və nəzakətli davranış
Azərbaycan dili — səlis; Rus dili və/ya İngilis dili üstünlükdür
Kompüter bacarıqları: CRM, MS Office (xüsusilə Excel) — baza səviyyədə
Məsuliyyət, punktuallıq, komandada işləmə bacarığı
Həftəsonu və növbəli qrafikdə işləyə bilmək
Sürücülük vəsiqəsi (B kateqoriya) — üstünlükdür
Biz nə təklif edirik
Rəsmi iş və stabil əmək haqqı
Satış bonusu və motivasiya sistemi
Təlimlər (məhsul təlimi, satış skriptləri, kredit prosesi)
Karyera inkişafı: Senior Sales / Team Lead istiqamətində yüksəliş
Güclü brend, showroom və servis mərkəzi dəstəy
CV-nizi “Satış Məsləhətçisi (Showroom)” mövzusu ilə qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: +994 50 823 38 88
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Forthing Motor Azerbaijan
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3532
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə