Avtomobil qəbulçusu
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Cins: kişi
Yaş həddi: 20-35 yaş
Orta təhsil
Müştəri ilə əlaqəli vəzifələr üzrə 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili səlis (İngilis və rus dillərini bilənlərə üstünlük veriləcək)
BC kateqoriyalı sürücülük vəsiqəsi və min 3 il avtomobil idarə etmə təcrübəsi (mexaniki və avtomat SQ)
Yaşayış qeydiyyatı: Bakı şəhəri
Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
Komandada işləmək bacarığına malik olan
Öhdəliklər:
Xidmət ustalarının vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatını və yerinə yetirilmə müddətini kontrol etmək
Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil etmək
Müştərilərə məxsus avtonəqliyyat vasitələrini servis zonasına və servis zonasından sürmək
İş zamanı meydana çıxan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırmaq
İşçilərin öhdəliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb, fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul etmək
İstifadə olunan sərfiyyat materiallarının xərcinə nəzarət edib və onların uçotun aparmaq
İş kartlarını doldurmaq
Avadanlığın istismar effektinin artırılması, əməyin səmərəliliyini yüksəlməsi üzrə təqdimatların hazırlanmasında, maddi və əmək resusrlarının qənaət rejiminə riayət etmək
İş yerinin iş zamanı səliqəli saxlanılmasını təmin etmək
Əməyin mühafizəsi, təhlükəsizlik texnikasının normalarına, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə təhlükəsizliyi tələblərinə, həmçinin daxili inzibati qaydalara və kommersiya sirrinin saxlanılması rejiminə riayət etmək
İş şəraiti:
İş saatı: 09:00-18:00 və 12:00-21:00 (növbəli)
Nahar şirkət tərəfindən qarşılanır
İş rejimi: Həftənin 6 günü növbəli; istirahet günü həftə içi
İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
Sabit əmək haqqı: 600 AZN
Şirkət: Radius Təkər Mərkəzi
Maraqlanan namizədlər CV-ni “Avtomobil qəbulçusu” mövzusu ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Radius
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12700
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə