Ana Səhifə
Vakansiyalar

Avtomobil dəmirçisi

Avtomobil dəmirçisi

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 22 iyun 2026

Təsvir

**Struktur bölmə:**Neft-mədən avadanlıqlarının və nəqliyyatın təmiri sexi

**İş yeri:**Bakı şəhəri, Binəqədi qəsəbəsi

**Ezamiyyətlər:**Nəzərdə tutulmur

**Sınaq müddəti:**Minimum 3 ay

Tələblər

  • Peşə təhsili (müvafiq sahə üzrə diplom, sertifikat və ya şəhadətnamə);

  • Yaş həddi 20 və yuxarı;

  • Avtomobillərin və xüsusi texnikaların təmiri (dəmirçilik) sahəsində ən azı 2 il iş təcrübəsi;

  • Oksigen-asetilen, qaz qaynaq kəsicilərlə və ya nöqtəvi (arzu olunan) qaynaq aparatları ilə işləmə bacarığı;

  • İntizamlı, məsuliyyətli və dəqiq olması;

  • Kollektivdə işləmək bacarığı;

  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.

Biliklər:

  • Avtomobil kuzovlarının strukturu, fərqli metal və xəlitələrin (dəmir, plastik) xüsusiyyətlərini bilmək;

  • Kuzov korreksiyası (çəkmə, düzəltmə) stendlərinin (stend/robot), hidravlik avadanlıqların və pnevmatik alətlərin iş prinsiplərini bilmək;

  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını bilmək.

Funksional vəzifələr:

  • Zədələrin diaqnostikası: Qəzalı və ya korroziyaya uğramış avtomobillərin, xüsusi texnikaların kuzov zədələrini müəyyən etmək, həndəsi ölçülərinin (şassi oxlarının) yayınıb-yayınmadığını yoxlamaq;

  • Düzəltmə və bərpa işləri: Avtomobilin əyilmiş, batmış dəmir hissələrini xüsusi alətlərlə əvvəlki orijinal formasına qaytarmaq;

  • Şassi təmiri (çəkmə): Ağır qəzalı texnikaların çərçivələrini (rama) və şassilərini kuzovdüzəltmə  qaydalarına uyğun dartaraq zavod ölçülərinə gətirmək;

  • Dəyişdirmə və kəsmə: Bərpası mümkün olmayan kuzov detallarını kəsib çıxarmaq və yenisi ilə əvəzləmək;

  • Sökülüb-yığılma: Təmirə mane olan detalların sökülməsi və təmirdən sonra yerinə düzgün montaj edilməsi;

  • Korroziyaya qarşı işlər: Çürümüş hissələrin kəsilməsi, yerinə yeni metal yamaqların qoyulması və tikişlərin hamarlanması.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • İş saatları: 08:00-17:00 (həftədə 5 gün);

  • Servis xidməti mövcuddur (avtobus);

  • Nahar şirkət tərəfindən təmin olunur;

  • Peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini təqdim etsinlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Binagadi Oil Company

Binagadi Oil Company

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18547

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə