Audit üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 31 mart 2026
Son Tarix: 1 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Obyektlərinin həcmini müəyyən etmək;
Fəaliyyət göstərilən ərazidə ticarət nümayəndəsi ilə debitorların yoxlanışının həyata keçirilməsi. Uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi.
Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
Fəaliyyət göstərilən ərazidə inventarların mövcudluğunu və təyinatına uyğun istifadəsini yoxlamaq və raportlamaq.
Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
Risk dəyərləndirmələri əsnasında seçilmiş ticarət nümayəndəsində yoxlamaların həyata keçirilməsi. Kənarlaşmaların araşdırılıb aradan qaldırılması,aparılan yoxlamanın nəticələrinin rəhbərliyə təqdim edilməsi.
Tradition Trade tipli marketlərdə şirkətin bütün satış kanalları üzrə üzləşmələrin aparılamsı, ödənişlərin düzgün bölgüsünə nəzarət, aşkarlanan kənarlaşmaları araşdırıb aradan qaldırmaq.
Uyğunsuzluqların təkrarlanmaması istiqamətində səlahiyyətli şəxslərdən izahatların alınması, rəylərin hazırlanması və təkliflərin verilməsi.
Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Daxili audit qaydalarını bilməli;
İqtisadi sahədə qanunvericiliyi bilməli;
Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə);
İş təcrübəsi:
Distribusiya sahəsində təcrübə mütləqdir
Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
Micro proqramları ilə işləmək bacarığı;
Ən azı 3 il (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə);
Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili arzuolunan;
Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
Analitik və ünsiyyət qurma bacarığı;
Kompüter bilikləri: MS Office.
Nəqliyyat mütləqdir
İş qrafiki:
Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: müsahibə əsasında
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
İş yeri:
Bakı şəhəri, Babək plaza
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Audit üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Ceylan MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12230
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə