Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 17 iyun 2026

Təsvir

  • Baş aşpazın göstərişlərinə uyğun olaraq ərzaqların hazırlanması.

  • Qida məhsullarının düzgün saxlanmasına nəzarət etmək.

  • Mətbəx avadanlıqlarının işə hazırlanması və təmizliyinin təmin edilməsi.

  • İş masalarının və hazırlıq sahələrinin təmiz və səliqəli saxlanılması.

  • Ərzaqların sayının yoxlanılmasında və inventar uçotunda iştirak edilməsi.

  • İtki və israfın minimuma endirilməsinə nəzarət.

  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına riayət edilməsi.

Tələblər

  • Aşpaz köməkçisi sahəsində minimum 3 il iş təcrübəsi.

  • Yeməklərin hazırlanması və mətbəx prosesləri üzrə praktiki biliklər.

  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları üzrə biliklər.

  • Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə bacarığı.

Necə Müraciət Etmək Olar

Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası Azərbaycanda fəaliyyət göstərən müasir tibb müəssisəsidir və əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, tibbi təhsil və praktik hazırlığın inkişafına dəstək verməkdir. Klinika müxtəlif ixtisaslar üzrə diaqnostika, ambulator və stasionar müalicə xidmətləri təqdim edir və müasir tibbi avadanlıqlarla təchiz olunmuş infrastruktur əsasında fəaliyyət göstərir. Klinika fəaliyyətində peşəkar tibbi xidmət, pasiyent məmnuniyyəti və innovativ yanaşma prinsiplərini əsas tutur. Qarabağ Universitetinin Klinikası eyni zamanda gələcək tibb mütəxəssislərinin praktiki bilik və bacarıqlarının inkişafına şərait yaradaraq təhsil və səhiyyə sahələrinin inteqrasiyasına töhfə verməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17249

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Laborant

Tam Ştat

Vəzifə öhdəliklər: Xəstələrdən götürülən qan, sidik və digər biomaterial nümunələrini qəbul etmək, qeydiyyata almaq və laborator müayinəyə hazırlamaq. Laborator müayinələri təsdiq edilmiş metodika, təlimat və standartlara uyğun şəkildə həyata keçirmək. Hematoloji, biokimyəvi, immunoloji, seroloji, mikrobioloji və digər laborator analizlərin aparılmasında iştirak etmək. Analiz nəticələrinin düzgünlüyünü yoxlamaq, nəticələri laborator informasiya sisteminə daxil etmək və aidiyyəti üzrə təqdim etmək. Laborator avadanlıqlarının, cihazların və alətlərin düzgün istifadəsini, gündəlik texniki baxışını və işlək vəziyyətdə saxlanılmasını təmin etmək. Reaktivlərin, test sistemlərinin və laborator sərf materiallarının saxlanma şəraitinə və istifadə müddətinə nəzarət etmək. Laboratoriyada sanitariya-gigiyena, sterilizasiya, dezinfeksiya və infeksion təhlükəsizlik qaydalarına riayət etmək. Biomaterialların düzgün saxlanılmasını, daşınmasını və tibbi tullantıların müvafiq qaydalara uyğun utilizasiyasını təmin etmək. Daxili keyfiyyətə nəzarət prosedurlarında iştirak etmək və laborator xidmətin keyfiyyət standartlarına əməl etmək. Təcili laborator analizlərin operativ və prioritet qaydada icrasını təmin etmək. Laborator sənədləşməni, qeydiyyat jurnallarını və hesabatları müəyyən edilmiş qaydada aparmaq. Laboratoriyada istifadə olunan avadanlıq və materialların inventar uçotunda iştirak etmək. Həkim-laborant, həkimlər və digər tibbi heyətlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək. Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. Rəhbərlik tərəfindən verilən və vəzifə fəaliyyəti ilə əlaqəli digər tapşırıqları icra etmək. Növbəli iş qrafikində işləməyə hazır olmaq.

Həkim – Travmatoloq-Ortoped

Tam Ştat

Vəzifənin təsviri: Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə dayaq-hərəkət sistemi xəstəlikləri və travmaları üzrə pasiyentlərə ixtisaslı tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müalicə planını hazırlamaq və icrasını təmin etmək. Travmatik zədələr və ortopedik xəstəliklər üzrə pasiyentlərin müayinəsini aparmaq, klinik, instrumental və laborator müayinələrin nəticələrinə əsasən diaqnoz qoymaq və müvafiq müalicə taktikasını müəyyən etmək. Zəruri hallarda ortopedik və travmatoloji cərrahi müdaxilələri həyata keçirmək, əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyətinə nəzarət etmək və reabilitasiya prosesinin təşkili və icrasını təmin etmək. Pasiyentlərin vəziyyətinin dinamik müşahidəsini aparmaq, zəruri hallarda müalicə planını yeniləmək və müvafiq diaqnostik və müalicə prosedurlarını həyata keçirmək. Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək. Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.