Arxiv şöbəsi üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 14 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
Bankda arxiv işinin təşkilində iştirak etmək;
Sənədlərin təlimata uyğun olaraq arxivə qəbulu, qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi və istifadə olunması prosesində iştirak;
Arxivdə saxlanılan və əhəmiyyətini itirmiş sənədləri məhv etmək üçün hazırlamaq, ekspert-yoxlama və məhv etmə komissiyalarının işində iştirak etmək;
Sənədlərin arxivə təhvil alınması üçün region MXS-lərinə ezam olunmaq.
Bizim üçün uyğun namizəd:
Ali və ya orta təhsilli;
B, C kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan;
MS Office proqramlarında sərbəst işləmək bacarığı olan;
Yüksək səviyyədə ünsiyyət qurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18474
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+