Aparıcı qrafik dizayner
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
Brendin vizual üslubuna uyğun dizaynların hazırlanması;
Sosial media, reklam və çap materiallarının dizaynı;
Kreativ konseptlərin hazırlanması və inkişaf etdirilməsi;
Dizayn komandasının iş prosesinə nəzarət və koordinasiyası;
Marketinq və digər komandalarla sıx əməkdaşlıq.
Tələblər
Qrafik dizayn sahəsində minimum 5 il iş təcrübəsi;
Blender proqramı üzrə biliklər üstünlük hesab olunur;
Brendinq, loqo dizaynı, sosial media və çap materiallarının hazırlanması üzrə təcrübə;
Digər dizaynerlərin işlərinə nəzarət və yönləndirmə bacarığı;
Sürətli işləmə və deadline-lara riayət etmə qabiliyyəti;
Yaradıcı düşüncə və detallara diqqət;
Komanda ilə effektiv ünsiyyət bacarığı.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11269
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+