Ana Səhifə
Vakansiyalar

Aparıcı mütəxəssis (müvəqqəti)

Aparıcı mütəxəssis (müvəqqəti)

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 20 yanvar 2026

Son Tarix: 28 fevral 2026

Təsvir

  • Sərnişin axını və yol hərəkətinin təhlükəsizliyi nəzərə alınmaqla avtobus və taksi dayanacaq məntəqələrinin, eləcə də dayanacaq pavilyonlarının yerləşmə yerlərinin müəyyən edilməsi;

  • Dayanacaq məntəqələrinin layihələndirilməsi zamanı mövcud yol nişanları və yol nişanlama xətləri ilə uyğunluğun təmin edilməsi, habelə layihələndirilən məntəqədən sonra əvvəlki yol nişanları və nişanlama xətlərinin yenidən layihələndirilməsi;

  • Dayanacaq məntəqələrinin proqnozlaşdırılması və nəqliyyat axınına təsirinin təhlil edilməsi;

  • Daxil olan müraciətlərin araşdırılması, müvafiq sahələr üzrə təhlil aparılması və rəy hazırlanması;

  • Görülmüş işlər üzrə hesabatların və təqdimatların hazırlanması;

  • İnfrastruktur obyektləri və avtomobil yolları layihələri üzrə verilmiş rəylərin təhlili, ümumiləşdirilməsi və təqdim edilməsi;

  • Qanunvericilik aktları üzrə beynəlxalq təcrübənin araşdırılması, müqayisəli təhlilin aparılması və rəy və təkliflərin hazırlanması;

  • Verilmiş tapşırıqlar üzrə iş axınının planlaşdırılması, icrasının izlənilməsi və nəzarətdə saxlanılması;

  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların müəyyən olunmuş müddətlərdə və keyfiyyətlə icra edilməsi.

Tələblər

  • Nəqliyyat mühəndisliyi, yol hərəkətinin təşkili və ya əlaqəli ixtisaslar üzrə ali təhsilin olması;

  • Nəqliyyatın təşkili, yol infrastrukturu və ya oxşar sahələr üzrə minimum 3 il iş təcrübəsinin olması;

  • Nəqliyyat sahəsi üzrə qüvvədə olan qanunvericilik aktları, normativ sənədlər və texniki standartlar barədə məlumatlı olmaq;

  • Yol nişanları və yol nişanlama xətləri üzrə milli standartların tətbiqi və layihələrdə istifadəsi bacarığının olması;

  • Beynəlxalq təcrübə və normativ sənədlər üzrə araşdırmalar aparmaq, müqayisəli təhlil və əsaslandırılmış rəy hazırlamaq bacarığının olması;

  • Analitik hesabatların və peşəkar təqdimatların hazırlanması bacarığının olması;

  • Beynəlxalq araşdırmaların aparılması məqsədilə ingilis dilini sərbəst bilmək (yazılı və şifahi);

  • Azərbaycan dilində rəsmi yazışma və sənədlərin tərtibi bacarığının olması;

  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığının olması;

  • AutoCAD, Civil 3D və ya analoji layihələndirmə proqramları üzrə biliklərin olması üstünlükdür;

  • Analitik düşünmə, problemlərin operativ və əsaslandırılmış şəkildə həll edilməsi bacarığının olması;

  • Komanda mühitində effektiv işləmək, müxtəlif struktur bölmələri ilə koordinasiyanı təmin etmək bacarığının olması;

  • Məsuliyyətlilik, dəqiqlik və iş prosesinə sistemli yanaşma;

  • Vaxtın idarə olunması və paralel tapşırıqların prioritetləşdirilməsi bacarığının olması;

  • Ünsiyyət və təqdimetmə bacarıqları, fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək qabiliyyəti;

Necə Müraciət Etmək Olar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Other

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5845

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Məhsul sahibi (PO)

Tam Ştat

Agentliyə və aidiyyəti üzrə daxil olan müraciət və sorğuların təhlilində iştirak etmək, onları xidmət proseslərinin tələblərinə çevirmək və əsaslandırılmış cavabların hazırlanması üçün şöbə müdirinə təkliflər vermək; Jira və digər sorğu sistemlərində müraciətlərin qeydiyyatını, yönləndirilməsini, prioritetləşdirilməsini təmin etmək, icra müddətlərinə nəzarət etmək və istifadəçilərə cavabların vaxtında çatdırılmasına dəstək göstərmək; Layihələrin ideyadan tətbiqə qədər bütün mərhələlərinin planlaşdırılması, icrası və monitorinqində iştirak etmək, layihə qrafiklərinə, resurs bölgüsünə və büdcəyə nəzarət etmək; Xidmət və biznes proseslərinin təhlilini aparmaq, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və müvafiq texniki tapşırıqlar (fəaliyyət tələbləri, sistem tələbləri, istifadəçi hekayələri və s.) hazırlamaq; Proqram təminatlarının inkişaf strategiyaları və yol xəritələrinin formalaşdırılmasına dəstək göstərmək, istifadəçi ehtiyacları və istismar tələbləri əsasında prioritetləri müəyyənləşdirmək; Çevik layihə idarəetmə metodologiyalarına (Agile/Scrum, Kanban) uyğun olaraq tapşırıqların və gözləmədə olan işlərin idarə edilməsində, komanda fəaliyyətlərinin koordinasiyasında iştirak etmək; Maraqlı tərəflərlə mütəmadi görüşlər təşkil etmək, müzakirə nəticələrini sənədləşdirmək və qəbul edilmiş qərarların icrasına dəstək göstərmək; Layihə və proses risklərini, potensial problemləri vaxtında müəyyənləşdirərək rəhbərliyə məlumat vermək və həll üzrə təkliflər hazırlamaq; Keyfiyyət təminatı və test mərhələlərində iştirak etmək, qəbul meyarlarına uyğunluğu yoxlamaqda və istismara qəbul prosesində rəy vermək; Hazırlanmış həllərin tətbiq planının icrasında iştirak etmək, tətbiq mərhələlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə texniki dəstək göstərmək; İstifadəçi rəylərini toplamaq və təhlil etmək, proqram təminatlarının davamlı inkişafı və texniki dəstək xidmətlərinin keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq; Nasazlıqların ilkin təhlilində iştirak etmək, problemlərin operativ aradan qaldırılmasına və təkrar problemlərin qarşısının alınmasına dəstək göstərmək; Rəqib analizləri və istismar araşdırmaları aparmaq, beynəlxalq təcrübəni öyrənmək və müvafiq tətbiqlər üzrə rəhbərliyə təkliflər təqdim etmək; Layihə sənədlərinin və hesabatların hazırlanmasını, yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək; Birbaşa rəhbərin tapşırıqlarını vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.