Ana Səhifə
Vakansiyalar

Aparıcı mühasib

Aparıcı mühasib

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 9 yanvar 2026

Təsvir

Namizədə aid tələblər:

  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;

  • Minimum 3 il mühasibat sahəsində iş təcrübəsi;

  • AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə biliklər;

  • Microsoft Office proqramları üzrə biliklər;

  • 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;

  • E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;

  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;

  • Dövlət hesabatlarının tərtib olunması;

  • İdarəçilik və təşkilatçılıq bacarıqları;

  • Məsuliyyətli, dəqiq və peşəkar;

Əsas vəzifə və öhdəliklər:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi;

  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsi;

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin təmin edilməsi;

  • Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılması;

  • Hesab və elektron qaimə-fakturaların yazılması;

  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;

  • Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanması və köçürülməsi;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

  • Əmək haqqı 1500-1800 Azn

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3616

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya