Aparıcı kassir /Olivia (Kosmetika və baxım)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Kassir axtarırıq!
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
Mağaza rəhbəri olmadığı müddətdə heyyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi;
Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
İş şəraiti:
İş günləri: Növbəli iş qrafiki;
Şirkət daxili təlimlər;
İş yeri: Nərimanov filialı;
Tələblər
Natamam ali təhsil (Ali təhsil arzu olunandır);
Baş kassir və ya aparıcı kassir kimi minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə göstərilən link vasitəsi ilə keçid edə bilərsən.
Necə Müraciət Etmək Olar
Olivia Beauty & Care
https://olivia.az/
Olivia Beauty & Care müasir kosmetika və baxım məhsulları sahəsində fəaliyyət göstərən şirkət və brenddir. Şirkət “Olivia” adı ilə baxımlı görünüşü, özünə inamı və zərifliyi ön planda tutan müştərilər üçün keyfiyyət, zövq və peşəkarlığı bir araya gətirən məhsullar təklif edir və geniş çeşiddə orijinal kosmetika, dəri və saç üçün qulluq vasitələri, parfümeriya və digər gözəllik məhsullarını təqdim edir. Olivia mağazaları müxtəlif brendlərin məhsullarını münasib qiymətlərlə pərakəndə satışa çıxarır və onlayn sifariş imkanları da təqdim edir. Olivia Beauty & Care multibrend mağazalar şəbəkəsi olaraq Türkiyə, İtaliya, Polşa, Belarus və digər ölkələrdən tanınmış və eksklüziv məhsulları satışa çıxarır və kosmetika sahəsində geniş seçim imkanı yaradır. Şirkət həm qadınlar, həm də kişilər üçün müxtəlif növ şəxsi qulluq vasitələrini təqdim edir və müştərilərə rahat alış təcrübəsi, dözümlü qiymətlər və peşəkar xidmət ilə gözəllik və özünə qulluq mədəniyyətini asan şəkildə əldə etməyə şərait yaradır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9365
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200