Ana Səhifə
Vakansiyalar

Aparıcı inspektor (Naxçıvan regional idarəsi)

Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

Aparıcı inspektor (Naxçıvan regional idarəsi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 7 yanvar 2026

Təsvir

Əsas öhdəliklər:

  • Sərnişin və yük daşımalarının qanunvericiliyə, beynəlxalq tələblərə və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsinə nəzarət etmək;

  • “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların aparılmasının qarşısını almaq və daşıyıcılar arasında maarifləndirmə aparmaq;

  • Şəhərlərarası və rayonlararası sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

  • Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;

  • Regional idarənin əhatə etdiyi ərazidə avtovağzal və avtostansiyaların fəaliyyətinin normativ tələblərə uyğun təşkilinə nəzarət etmək;

  • Qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsində iştirak etmək;

  • Xidməti göstərişlərin icrası zamanı digər əməkdaşlara dəstək göstərmək və fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin tam və vaxtında icrasını təmin etmək;

  • Peşə biliklərini inkişaf etdirmək və iş prosesində qabaqcıl metodlardan istifadə etmək.

Görülmüş işlərlə bağlı hesabatların hazırlanmasını təmin etmək;

Tələblər

Tələblər və bacarıqlar:

  • Nəqliyyat sahəsi üzrə ali təhsil;

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

  • Azərbaycan dilini sərbəst bilmək;

  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;

  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

  • Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyi və normativ aktları;

  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;

  • Avtomobil nəqliyyatı və logistika sahəsində peşəkar bilik və təcrübənin olması;

  • Tapşırıqları vaxtında və dəqiqliklə icra etmək;

  • Problem həll etmə və qərarvermə bacarığı;

  • Kollektivdə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

  • Prioritetləri düzgün müəyyən etmək və eyni anda bir neçə iş üzrə çalışmaq;

  • İdarəetmə bacarıqları;

  • Normativ aktlarla bağlı dəyişiklikləri daim izləmək və tətbiq etmək bacarığı;

  • Yüksək səviyyədə inandırıcı kommunikasiya və əsaslandırılmış qərarvermə;

  • Konfliktlərin idarə edilməsi və çətin vəziyyətlərdə konstruktiv yanaşma;

  • Bir neçə işi paralel idarə etmək və prioritetləri düzgün bölüşdürmək;

  • Müzakirə aparmaq və razılaşdırma bacarığı;

  • Mentorluq və əməkdaşların inkişafına dəstək olmaq;

  • İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#344

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sərnişin daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Tam Ştat

Əsas öhdəliklər: -       Onlayn bilet satışı işinin təşkili və genişləndirilməsi tədbirlərini görmək; -       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq hesabatlar hazırlamaq; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       Sərnişin daşımaları üzrə hesabatlılığı təmin etmək və zəruri statistik məlumatların hazırlanmasında iştirak etmək; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       İctimai nəqliyyatda innovativ həllər, yeni tarif yanaşmaları və modelləşdirmə üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasında iştirak etmək; -       Avtobus parkının yenilənməsi üzrə daşıyıcılarla iş aparmaq və prosesin icrasına nəzarət etmək; -       Təsdiq edilmiş gedişhaqqı tariflərinin tətbiqinə nəzarəti həyata keçirmək və tariflərin müəyyən edilməsində iştirak etmək; -       Marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasını təmin etmək; -     Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı nəqliyyat xidməti müqavilələrinin bağlanılmasına və icrasına nəzarəti həyata keçirmək; -       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək; -       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək; -       Elektron sistem üzərindən taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyati üzrə tədbirlər görmək; -       Vətəndaş müraciətlərini araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq.