Aparıcı GO Proqramçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri
Go (Golang) dili ilə miqyaslana bilən və yüksək performanslı backend sistemlərinin hazırlanması
Mövcud mikroxidmətlərin saxlanması, təkmilləşdirilməsi və optimizasiyası
RESTful və ya gRPC API-lərin hazırlanması və inteqrasiyası
Verilənlər bazası (MySQL, PostgreSQL və s.) ilə işləmək və sorğuların optimizasiyası
Redis, RabbitMQ, Kafka kimi mesajlaşma sistemləri ilə işləmək
Kodun keyfiyyətini təmin etmək üçün testlərin (unit və integration testlər) yazılması
Layihə üzrə texniki sənədlərin hazırlanması və kodun sənədləşdirilməsi
Komanda ilə sıx əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətli şəkildə tamamlanması
Davranış bacarıqları
Operativ və məsuliyyətli iş yanaşması;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Yeni texnologiyalara açıq olmaq;
Komandada işləmə və bilik paylaşımı mədəniyyəti;
Xüsusi tələblər
Go (Golang) ilə minimum 5 il iş təcrübəsi;
Böyük miqyaslı backend sistemlərinin hazırlanması və saxlanılması üzrə təcrübə;
Microservices memarlığı ilə işləmə bacarığı;
Git və komandada versiya nəzarəti ilə iş təcrübəsi
Yüksək yüklənməli sistemlərdə performans optimizasiyası;
Kodun oxunaqlılığı və maintainable olması üçün clean architecture prinsiplərinə əməl etmək;
Unit və integration testlərin yazılması;
Başqa developerlərin kodlarına baxış (code review) və texniki rəhbərlik;
Məlumat axını, API dizaynı və sistem inteqrasiyalarını planlama bacarığı;
Go ilə high-performance REST və gRPC servislerinin hazırlanması;
Concurrency, goroutines və channels ilə real iş təcrübəsi;
SQL və NoSQL verilənlər bazaları (PostgreSQL, MySQL, Redis, MongoDB) ilə işləmə;
Docker və konteyner əsaslı infrastrukturla iş bacarığı;
Mesaj brokerləri (RabbitMQ, Kafka və s.) ilə tanışlıq;
CI/CD proseslərinin başa düşülməsi (GitHub Actions, GitLab CI və s.);
Üstünlük hesab olunur
Cloud platformalar (AWS, GCP və ya Azure) ilə işləmə üstünlük sayılır;
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Bestcomp Group
Technology
Bestcomp Group Azərbaycanda fəaliyyət göstərən və əsasən İT həlləri və sistem inteqrasiyası sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət dövlət və özəl sektor üçün server və şəbəkə infrastrukturu, kibertəhlükəsizlik, məlumatların saxlanması (storage), bulud həlləri və digər korporativ texnoloji xidmətlər təqdim edir. Bestcomp müasir informasiya texnologiyalarının tətbiqi ilə müəssisələrin rəqəmsal transformasiyasına dəstək verir. Şirkət fəaliyyətində innovasiya, təhlükəsizlik və etibarlılıq prinsiplərini əsas tutur və beynəlxalq texnologiya istehsalçıları ilə əməkdaşlıq edir. Bestcomp Group iri miqyaslı layihələrin icrası, texniki konsaltinq və davamlı texniki dəstək xidmətləri ilə Azərbaycanın İT bazarında tanınmış şirkətlərdən biri hesab olunur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7952
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500