Aparıcı Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 22 yanvar 2026
Təsvir
Məlumatların toplanması, yığılması və inteqrasiyası: Python (Pandas, NumPy, Requests və s.) vasitəsilə fərqli məlumat mənbələrindən (API, fayllar, verilənlər bazaları) məlumatların toplanması, təmizlənməsi, strukturlaşdırılması və birləşdirilməsi proseslərini həyata keçirmək;
Məlumatların köçürülməsi və idarə edilməsi: ETL vasitəsilə məlumatların müxtəlif mənbələrdən hədəf sistemlərə səmərəli və təhlükəsiz şəkildə köçürülməsini təmin etmək;
İş proseslərinin avtomatlaşdırılması: ETL işlərinin və məlumat köçürülmə proseslərinin avtomatlaşdırılmasını təmin etmək, beləliklə, sistemin davamlı və effektiv işləməsini təmin etmək;
Data Pipeline və Data Flows yaradılması: Məlumatların inteqrasiyası və emalı üçün Data Pipeline və Data Flows dizayn etmək, optimallaşdırmaq və inkişaf etdirmək;
Verilənlər bazası əməliyyatları: Məlumatların daxil edilməsi, silinməsi və yenilənməsi üzrə SQL prosedurlarını yazmaq, optimallaşdırmaq və tətbiq etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Data Mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi;
Tələb olunan Proqram Bilikləri: Python,MSSQL,Oracle SQL ,ETL tools ;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta texniki)
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#5105
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+