Anbardar (Zirə)

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 13 may 2026

Təsvir

Təcili olaraq aşağıdakı şərtlər üzrə “Anbardar” (Zirə) tələb olunur.

İş şəraiti

  • İş yeri: Bakı, Zirə qəsəbəsi, İstixana kompleksi

  • İş saatı: Həftədə 6 gün

  • Əmək haqqı: 800 azn

Vəzifə öhdəlikləri

  • Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin edir;

  • Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunu təsdiqləyir;

  • Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlayır;

  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır və Logo sisteminə işlənməsini təmin edir;

  • Anbarda olan yüklərin siyahısını tərtib edir;

  • Yüklərin anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirir, markalanmanın düzgünlüyünü yoxlayır;

  • Yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, anbarda əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə saxlanılma yerlərində düzgün yerləşdirilməni təşkil edir;

  • Sənədlərində heç bir çatışmazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul edir və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil edir;

  • Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparır;

  • Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparır.

İş təcrübəsi

  • Minimum 1 il Anbardar vəzifəsi üzrə təcrübə.

Bacarıq və səriştələr

  • Logo Tiger üzrə işləyə bilmə bacarığı

  • Komandada işləmək bacarığı;

  • Məsuliyyətlilik;

  • Ms. Office programları, Excell orta səviyyədə.

Təminatlar

  • Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

  • Nahar təmin edilir.

Zəhmət olmasa CV-lərinizi qeyd olunan elektron poçt adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Anbardar (zirə qəsəbəsi)” qeyd etməyi unutmayın.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13628

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə