Anbardar (Məişət avadanlıqları anbarı)
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Məhsulların yük maşınlarından boşaldılması, anbara qəbul edilməsi, yerləşdirilməsi və çıxışı prosesinin təşkil olunması;
Anbara daxil olan yüklərin faktiki miqdarını, məhsulların vəziyyətinin yoxlanması, qablaşdırmasında zədələnmə, əzilmə halları aşkar olunduqda akt tərtib edilməsi, struktur rəhbərinin məlumatlandırılması;
Məhsulların xüsusiyyətindən asılı olaraq onların modellərə uyğun çeşidlənməsi və yerləşim planına uyğun olaraq yerləşdirilməsi işinin təşkil edilməsi;
Anbarda mütəmadi olaraq məhsulların çeşidləri üzrə inventarizasiya işinin təşkili, zərər görmüş , istifadəyə yararsız məhsulların qeydiyyatının aparılması və aktlaşdırılması;
Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi;
Topdan və korporativ satış məhsullarının sifarişlər üzrə yığılmasının, yoxlanılması və maşına yüklənməsinin təşkil olunması;
Çatdırılma üçün hazır olan məhsulların sistemə daxil edilməsi və daşınması üçün logistika şöbəsi əməkdaşlarına təhvil verilməsi;
Region anbarlarının məhsullarla təmin olunması üçün verilən göstərişlərin təmin edilməsi.
İş qrafiki:
İş günləri: I-VI günlər.
Tələblər
Tələblər:
Ali təhsil;
İdarəetmə;
Analitik düşünmə qabiliyyəti;
Vaxtı səmərəli idarəetmə bacarığın olması;
Müvafiq sahə üzrə 2 ildən çox təcrübə;
Microsoft Office, 1C və Mikro ERP proqramlarında işləmək bacarığın olması;
Dəqiqlik və məsuliyyətlilik.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçKontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4811
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+