Anbardar (Məişət)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

  • Anbara daxil olan və çıxan malların qəbulunu, yoxlanılmasını və düzgün qeydiyyatını təmin etmək.

  • Malların anbar daxilində düzgün yerləşdirilməsini və saxlanma qaydalarına riayət olunmasını təşkil etmək.

  • Inventar sayımını mütəmadi aparmaq və qalıqların uçotunu 1C və digər anbar proqramlarında dəqiq şəkildə aparmaq.

  • Anbar sənədlərinin (qəbul-təhvil aktları, qaimələr və s.) hazırlanması və arxivləşdirilməsini təmin etmək.

  • Müvafiq şöbələrlə koordinasiya edərək sifarişlərin vaxtında hazırlanmasını və təhvil verilməsini təmin etmək.

  • Anbarda nizam-intizamın, təhlükəsizlik və sanitariya qaydalarının qorunmasına nəzarət etmək.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili.

  • Anbar sahəsində minimum 2 il iş təcrübəsi.

  • Azərbaycan dili – səlis; ingilis dili – orta səviyyədə.

  • Anbar uçotu və idarəetməsi üzrə biliklər.

  • MS Office proqramlarında (xüsusilə Excel) və 1C proqramında işləmək bacarığı.

İş Şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

  • İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu

  • İş qrafiki: Növbəli (1-ci gün gündüz növbəsi (08:00–20:00), 2-ci gün gecə növbəsi (20:00–08:00), daha sonra 2 gün istirahət).

  • Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.

  • Şirkət tərəfindən nahar təmin edilir

  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Necə Müraciət Etmək Olar

Aviation Services Group

Aviation Services Group

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10839

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya