Anbardar köməkçisi (Şirvan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
Əmtəə-maddi sərvətlərin anbara qəbulu, buraxılması və ehtiyac olduqda geri qaytarılması proseslərində iştirak etmək;
Malların anbar sahəsinə düzgün və effektiv yerləşdirilməsini təmin etmək;
Mal-materialların, inventarların, təkərlərin, motor və sürtkü yağlarının, zəhərli dərmanların yüklənməsi və boşaldılmasını təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
Anbar daxilində yükqaldırıcı platforma və avtoyükləyici texnikadan istifadə etməklə bütün yükləmə-boşaltma işlərini təhlükəsiz şəkildə icra etmək;
Sterlajlara malların yığılması və çıxarılması zamanı göndəriş sənədlərinə uyğun işləmək;
Sifarişçilərə malların təhvil verilməsi prosesində aktiv iştirak etmək;
Sayım, yüklənmə və yüklərin anbar nəqliyyatına yerləşdirilməsini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
Anbarların idarə edilməsi şöbəsinin göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək;
Yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə müəyyən edilmiş qaydalara ciddi şəkildə əməl etmək;
Anbarın və fərdi iş yerinin təmizliyinə daim nəzarət etmək, ehtiyac olduqda anbarın ümumi təmizliyində iştirak etmək;
Texniki nasazlıq və uyğunsuzluq halları olduqda dərhal rəhbərliyə məlumat vermək;
Tullantıların təmizlənməsi və təhlükəsiz iş mühitinin təmin edilməsi üzrə müəssisənin daxili prosedurlarına və ətraf mühit tələblərinə uyğun fəaliyyət göstərmək.
Tələblər
Orta ixtisas və ya tam orta təhsil;
Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli;
Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır.
Səriştə və bacarıqlar:
Komandada işləmək bacarığı;
Məsuliyyətli və etibarlı yanaşma;
Düzgünlük və intizamlılıq;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.
Əlavə məlumat:
İş rejimi: 6 günlük iş qrafiki.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10954
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+