Anbardar

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 8 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların və avadanlıqların düzgün şəkildə qəbulu və yerləşdirilməsi.

  • Malların kateqoriyalara bölünməsi və saxlanma qaydalarına nəzarət etmək;

  • Qəbul edilən malların keyfiyyətini və miqdarını yoxlamaq;

  • Anbardan çıxan malların qeydiyyatının aparılması;

  • Gündəlik anbara gələn və anbardan çıxan malların hesabatının hazırlanması;

  • Tələb olunan malların miqdarına uyğun sifarişlərin hazırlanmasını təmin etmək;

  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını təmin etmək;

  • Anbarın təhlükəsizliyini təmin etmək və zərər risklərini azaltmaq üçün tədbirlər görmək;

  • Yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;

  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.

  • Aylıq anbarda olan malların sayımını təşkil etmək və dürüstləşmə aparmaq.

Namizədə dair tələblər:

  • Ali təhsil

  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər

  • Yaş: 30 - 40

  • Cins: Kişi

  • Anbar idarəetməsi və inventarizasiya proseslərini bilmək;​​​​​​

  • Kompüter bilikləri, xüsusilə MS Excel, 1C (8.3) və anbar proqramları ilə işləmək bacarığı;

  • Məsuliyyətli, dəqiq, səliqəli çalışqan və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş vaxtı: 1-5 günlər.

  • İş saatı: 09:00-18:00

  • İstirahət günü; şənbə- bazar.

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4203

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kargüzar

Tam Ştat

Vəzifə öhdəlikləri: Rəhbərliyin görüş cədvəlinin hazırlanması. Ofis ləvazimatlarının uçotunun aparılması və vaxtında sifariş edilməsi. Rəhbərliyin tapşırıqlarının operativ və dəqiq icra edilməsi. Şirkətə daxil olan və şirkət tərəfindən göndərilən məktubların, sənədlərin qeydiyyatının aparılması və sənəd dövrüyyəsinin izlənməsi. Müştərilərlə əlaqələrin qurulması və debitor borclarının yığılmasını təmin etmək. Şirkətin açıq vakansiyalarının müxtəlif iş elanları platformalarında, sosial şəbəkələrdə paylaşılması və mütəmadi yenilənməsi. Daxil olan müraciətlərin (CV-lərin) ilkin dəyərləndirilməsi, uyğun namizədlərin seçilməsi və müsahibələrin keçirilməsinin təmin olunması. İnsan resursları sənədlərinin düzgün və sistemli şəkildə idarə olunmasına dəstək göstərilməsini təmin etmək. İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsini təmin etmək. Namizədə dair tələblər: Ali təhsil İnzibati sahədə minimum 1-3 il iş təcrübəsi. Yaş həddi; 25-35. Cinsi; Qadın Dil bilikləri: Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı (rus və ya ingilis dili arzuolunandır) Ofis proqramlarında sərbəst işləmə bacarığı Dəqiq, məsuliyyətli və diqqətli olmaq Ünsiyyətcil və komanda ilə işləmə bacarığına malik olmaq İş şəraiti: İş vaxtı: 1-5 günlər. İş saatı: 09:00-18:00 İstirahət günü; şənbə- bazar. Qeyd: namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına, mövzu yerinə vəzifə adlari göstərilməklə göndərmələri xahiş olunur.

Korporativ satış üzrə mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı; Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması; Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək; Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması; Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması; Satış prosesinin planlaşdırılması və təşkil edilməsi; Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili; Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi. Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi; Müştərilərlə qarşılıqlı əlaqələrin qurulması və tələblərin yerinə yetirilməsi, Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması; Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək. Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək; Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması. Namizədə dair tələblər: Ali təhsil. Yaş: 25-45 Korporativ satış üzrə minimum 3 illik satış təcrübəsi. B2B (korporativ) satış proseslərində iştirak və müştəri portfeli formalaşdırmaq təcrübəsi. Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı. Satış planlarını hazırlamaq, icra etmək, aylıq həftəlik hesabatlar təqdim etmək bacarığı. Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi. Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı. Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Out look və s); Yüksək ünsiyyət qurma və təqdimat etmə bacarıqları. Dil biliyi: Azərbaycan dili (mütləq), digər dillər arzuolunandır. İş şəraiti: İş vaxtı: 1-5 günlər. İş saatı: 09:00-18:00 İstirahət günü; şənbə- bazar. Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.