Anbar rəhbəri/Olivia (Beauty and care)
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Anbar fəaliyyətinin ümumi idarə olunması və nəzarət edilməsi;
Malların qəbulu, yerləşdirilməsi və çıxarılmasının düzgün təşkil edilməsi;
Anbar stoklarının gündəlik izlənməsi və inventarizasiyanın aparılması;
Anbar əməkdaşlarının işinin koordinasiyası və idarə olunması;
Təhlükəsizlik və daxili prosedurlara riayət olunmasının təmin edilməsi;
Anbar sisteminin qurulması, optimallaşdırılması və avtomatlaşdırılması;
ERP və ya digər anbar idarəetmə sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;
Anbar daxili KPI (performans) sistemlərinin qurulması və izlənməsi;
Anbar daxilində məhsulların düzgün yerləşdirilmə qaydalarının (zonalama, kateqoriyalaşdırma və s.) qurulması və tətbiq edilməsi;
Logistika xidmətinin düzgün təşkili və digər şöbələrlə effektiv koordinasiyanın təmin olunması;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Ali və ya orta ixtisas təhsili;
Anbar sahəsində rəhbər kimi minimum 3 il iş təcrübəsi;
Anbar sistemlərinin sıfırdan qurulması və ya optimallaşdırılması üzrə təcrübə;
Anbar daxili KPI sistemlərinin qurulması və tətbiqi üzrə təcrübə;
MS Office proqramlarında və 1C 8.3 - də işləmə bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Komanda idarəetmə və liderlik bacarıqları;
Məsuliyyətlilik və dəqiqlik.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12628
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+