Ana Səhifə
Vakansiyalar

Anbar qaytarmaları xidməti üzrə mütəxəssis

Anbar qaytarmaları xidməti üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 17 yanvar 2026

Təsvir

l  Məhsulların funksional olub-olmamasının müəyyənləşdirilməsi və aidiyyəti üzrə kateqoriyalara bölünməsi (funksional, təmirə ehtiyac olan, utilizasiya üçün və s.);

l  Məhsulların keyfiyyət standartlarına uyğun olmasına nəzarət,

l  Məhsulların vizual və funksional yoxlamalarını aparmaq;

l  Məhsulların təchizatçıya görə kateqoriyalara bölünməsi (1P, 2P və s.).

l  Qaytarılan malların vəziyyətinin göstərilən qaytarılma səbəblərinə uyğun olub-olmadığını yoxlamaq;

l  Qaytarılmış məhsulları funksional, diaqnostika tələb edən, təmirə ehtiyacı olan, utilizasiya üçün nəzərdə tutulan və s. kimi müvafiq kateqoriyalara ayırmaq;

l  Bütün qaytarılmış malların və onların statuslarının dəqiq qeydiyyatını və sənədləşdirilməsini aparmaq;

l  Qaytarılma sənədlərini dəqiq və səmərəli şəkildə emal etmək, lazım olduqda elektron bazaları yeniləmək;

l  Müştəri xidmətləri şöbəsi ilə sıx əməkdaşlıq edərək, qaytarmalarla bağlı müştəri problemlərini həll etmək;

l  Anbarda dəqiq ehtiyat səviyyəsini təmin etmək üçün dövri inventarizasiya yoxlamalarında fəal iştirak etmək;

l  Outlet üçün uyğun məhsulların seçilməsi və texniki yoxlamadan keçirilməsi;

l  Şöbə müdirinin digər göstərişlərinin icrası.

Tələblər

l  Ali təhsil;

l  Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

l  Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);

l  Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;

l  Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;

l  Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.

l  Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.

l  Şifahi və yazılı ünsiyyət bacarığı;

l  Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;

l  Obyektiv düşünmək bacarığı

Necə Müraciət Etmək Olar

Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4893

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya