Anbar Meneceri

Sumqayıt

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 19 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Müxtəlif material qiymətlilərinin – yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. müəssisə daxili prosedur qaydalarına əsasən düzgün qəbulunun, saxlanılmasının və anbarlardan buraxılmasının təmini və nəzarətin həyata keçirilməsi;

  • Elektron (müəssisədə daxili istifadə edilən proqram təminatı üzrə) və fiziki olaraq kağız daşıyıcı üzərindən rəşmiləşdirilmə qaydalarına və mədaxil-saxlama-məxaric sənədlərinin icrasının təmini və düzgün qaydada riayət edilməsinin nəzarətinin həyata keçirilməsi;

  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğun olmasına və sifarişlər üzrə komplektləşdirilməsinə nəzarət edilməsi;

  • Anbarlara minimal qalıq miqdarlarının müəyyən edilməsi (yenidən sifariş nöqtəsi), minimal anbar qalıqları əsasında anbar qalıqlarının daimi təmini və nəzarətdə saxlanılması;

  • Anbarlarda SƏTƏM üzrə tələblərin riayət edilməsinin təmini və nəzarətdə saxlanılması, yanğın təhlükəsizliyi üzrə ləvazimatların və yanğından mühafizə sisteminin olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtı-vaxtında təmir edilməsinə nəzarət edilməsi;

  • Anbarda yükləmə-boşaltma və yerləşdirmə işlərinin aparılmasının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi;

  • Aylıq sayımların aparılmasının və aktlaşdırılmasının təmini və nəzarətin həyata keçirilməsi;

  • Əmtəə-maddi sərvətlərin müəssisə daxili müvafiq əmrə(lərə) əsasən inventarlaşdırılmasının aparılmasında iştirak edilməsi;

  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktların düzgün tərtib edilməsinə nəzarət edilməsi;

  • Bölmə (sahə) işçilərinə rəhbərlik edilməsi, işçilərin səriştəliyinin artırılması ilə bağlı daimi təhlillərin aparılması və inkişaf istiqamətli işlərin təşkil edilməsi;

  • Anbar əməliyyatlarının düzgün və effektiv idarəedilməsini təmin etmək məqsədi ilə müvafiq prosedur və qaydaların hazırlanmasının təmin edilməsi;

  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq Şirkət rəhbərinə hesabatlar və səmərələşdirici təkliflərin hazırlanıb təqdim edilməsi.

Namizədə aid tələblər:

  • Müvafiq sahə üzrə rəhbər vəzifəsində 3 il iş təcrübəsi;

  • Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür);

  • ERP bazasında (1C, Logo Tiger və s. kimi) iş təcrübəsi;

  • Fəaliyyəti ilə əlaqədar biznes proseslərin və prosedur qaydalarının tərtib edilməsini bacarmalı;

  • Effektiv qərarvermə bacarığı;

  • Komandada işləmə və idarəetmə bacarığı;

  • Diqqətli, məsuliyyətli və operativ olmalı;

  • Heyətin motivə edilməsi və idarəedilməsi üzrə bacarıqlar;

  • Yalnız və komanda ilə effektiv işləmə, ünsiyyət və planlama bacarıqları.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;

  • İş yeri: Sumqayıt şəhəri;

  • Könüllü tibbi sığorta təminatı;

  • Korporativ nömrə;

  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblərə uyğun namizədlər CV formalarını göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə **“Anbar meneceri”**yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

VLand Systems MMC

VLand Systems MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3443

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Maliyyə Meneceri (Finance Manager)

Tam Ştat

Vəzifə öhdəlikləri: Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə strategiyasının formalaşdırılması; Kapital strukturu, borclanma potensialı, investisiya imkanları və maliyyələşdirmə modellərinin təhlili; Maliyyə dayanıqlığı və risklərin idarə olunması üzrə sistemli yanaşmanın tətbiqi; Şirkətin strateji hədəfləri ilə maliyyə planları arasında tam uyğunluğun təmin edilməsi; İllik büdcə prosesinə rəhbərlik etmək, departamentlər üzrə koordinasiya və metodoloji rəhbərlik; Aylıq və rüblük proqnozların (forecast) hazırlanması və dekompozisiya edilmiş təhlillər; Büdcə–fakt müqayisələrinin aparılması, kənarlaşmalar üzrə analitik izahlar və düzəldici təkliflər; Layihələr üzrə büdcə və xərc strukturunun formalaşdırılması; IFRS standartlarına uyğun tam dövri maliyyə hesabatlarının hazırlanması (P&L, B/S, C/F); IFRS 15, 16, IAS 2, IAS 23 və digər standartlar üzrə düzgün tanınma və ölçmə prinsiplərinin tətbiqi; Audit prosesinin idarə olunması və auditorlarla koordinasiya; Menecment üçün analitik və qərarverməyə əsaslanan hesabatların hazırlanması; Gündəlik, həftəlik və aylıq likvidlik planlarının hazırlanması; Kredit xətləri, bank öhdəlikləri, avanslar və ödəniş cədvəllərinin idarə olunması; Debitor və kreditor borclarının optimallaşdırılması, dövriyyə kapitalının effektiv idarə edilməsi; Pul axını üzrə potensial risklərin qiymətləndirilməsi və idarə olunması; Layihə və məhsul rentabelliyinin (profitability) dərin təhlili; CAPEX investisiyaları üzrə ROI, IRR, NPV hesablamalarının aparılması; Strateji biznes qərarlarının hazırlanmasında rəhbərliyə analitik dəstək; Daxili nəzarət və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərin idarə olunması; Maliyyə komandasının idarə olunması, vəzifə bölgüsü və performansın qiymətləndirilməsi; Daxili nəzarət sistemlərinin gücləndirilməsi və risk əsaslı yanaşmanın tətbiqi; ERP, BI və digər sistemlər üzrə maliyyə proseslərinin qurulması və optimallaşdırılması; Korporativ idarəetmə standartlarına uyğun hesabatlılıq mədəniyyətinin formalaşdırılması. Namizədə aid tələblər: Maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat üzrə ali təhsil; Minimum 5–7 il maliyyə idarəetməsi sahəsində iş təcrübəsi (istehsalat və layihə mühiti üstünlükdür); IFRS hesabatlılığı üzrə praktiki təcrübə; ACCA (FM, FR, SBR, AFM) və ya CIMA modullarına sahib olmaq üstünlükdür; Excel-də peşəkar səviyyə (PowerQuery, PowerPivot üstünlükdür); ERP və maliyyə sistemləri ilə təcrübə (SAP, Logo, Odoo, Oracle və s.); Güclü maliyyə modelləşdirmə bacarığı; Data analitika alətləri ilə işləmə bacarığı üstünlükdür (Power BI və s.); Yüksək analitik düşüncə və mürəkkəb məlumatları strukturlaşdırma bacarığı; Qətiyyətli qərarvermə qabiliyyəti və biznes yönümlü yanaşma; Güclü liderlik və komanda idarəetmə bacarığı; İnteqrasiya olunmuş düşüncə tərzi və yüksək məsuliyyət hissi; Stres altında işləmə və eyni anda bir neçə prosesi idarə etmə qabiliyyəti. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Sumqayıt şəhəri; Könüllü tibbi sığorta təminatı; Korporativ nömrə; Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək. Tələblərə uyğun namizədlər CV formalarını göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Maliyyə Meneceri” yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədləri müsahibəyə dəvət olunacaq.

Sumqayıt