Anbar işçisi (Sumqayıt)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 12 fevral 2026
Təsvir
Əmtəə-maddi sərvətlərin anbara qəbulu, buraxılışı və zərurət olduqda geri alınmasını həyata keçirmək;
Anbar sahəsindən səmərəli istifadə etmək məqsədilə malların/materialların düzgün yerləşdirilməsini təmin etmək və tələb olunan material, inventar və s. üzrə operativ axtarışı asanlaşdırmaq;
Maddi sərvətlərin qəbulu və buraxılışı zamanı boşaltma və yükləmə işlərini icra etmək;
Anbarda yanğından mühafizə, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına riayət etmək;
Anbarın təmiz və səliqəli saxlanılmasını təmin etmək.
Tələblər
Təhsil və təcrübə:
Orta təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (arzuolunandır).
Səriştə və bacarıqlar:
Komandada işləmə bacarığı;
Məsuliyyətlilik və düzgünlük;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə norma və qaydaları bilmək.
Əlavə məlumat:
İş qrafiki: Altıgünlük;
İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2;
Nahar: Şirkət tərəfindən təmin edilir.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçPrime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4848
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+