AML şöbəsinin Aparıcı Mütəxəssisi
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Şübhəli əməliyyatların təhlili və risk qiymətləndirilməsinin aparılması;
Müştəri tranzaksiyalarının monitorinqi və davranış modellərinin analiz edilməsi;
AML monitorinq sistemləri və ssenariləri üzrə analizlərin aparılması;
Şübhəli əməliyyat hesabatlarının (STR/SAR) hazırlanması və təqdim edilməsi;
Riskli müştərilər və əməliyyatlar üzrə dərin araşdırmaların aparılması
AML ssenarilərinin təkmilləşdirilməsi və yeni risk indikatorlarının hazırlanması;
Daxili nəzarət və audit proseslərində iştirak etmək;
Tənzimləyici qurumların sorğularının cavablandırılmasında iştirak etmək.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, İT və ya əlaqəli sahə üzrə);
Bank sektorunda ƏL/TMM sahəsində 1–3 il iş təcrübəsi;
Analitika və ya monitorinq sahəsində təcrübə üstünlükdür;
ƏL/TMM qanunvericiliyi və müvafiq normativ aktlar üzrə biliklər;
KYC, CDD və EDD proseslərinin yaxşı mənimsənilməsi;
Şübhəli əməliyyat indikatorları və AML tipologiyaları üzrə biliklər;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
AML sistemləri ilə iş təcrübəsi (məsələn, Siron, Actimize və s.) üstünlükdür;
Azərbaycan dilində sərbəst,İngilis dili üzrə yaxşı səviyyə; Rus dili biliyi üstünlükdür;
Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
Detallara diqqət və yüksək məsuliyyətlilik;
Stress altında işləmək bacarığı;
Komanda ilə effektiv işləmə və kommunikasiya bacarığı.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17355
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+