Alternativ satış kanalları üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
Müxtəlif kanallardan daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək
Kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidmətin təşkili, idarə olunması və yönləndirilməsi;
Bankın elektron kanalları vasitəsi ilə daxil olmuş kredit (Kredit kartı) sifarişlərini satışının təşkili;
Bankın mövcud həmçinin yeni müştərilərinə telefon vasitəsi ilə Bank məhsullarının satışının icra edilməsi;
Gördüyü işlərlə bağlı gündəlik,aylıq,rüblük,illik hesabatı hazırlayıb qrup rəhbərinə,şöbə müdirinə, təqdim etmək;
Aylıq, rüblük və illik hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirilməsi;
Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər edir.
Birbaşa rəhbər tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;
Bankın Sağlamlıq və Təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək
Bizim üçün uyğun namizəd:
Ali təhsilli;
Müvafiq istiqamətdə minimum 1 il təcrübəsi olan;
Cari istiqamət üzrə Mərkəzi Bankın qaydaları və bank işinin əsasları haqqında biliklərə sahib olan;
Azərbaycan (səlis), Rus və İngilis (arzuolunan) dillərini bilən;
MS Office proqramlarını mükəmməl bilən
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18473
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+