Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Alternativ kanallar ilə satış departamenti / Telesatış qrupuna kiçik mütəxəssis

Alternativ kanallar ilə satış departamenti / Telesatış qrupuna kiçik mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 19 iyun 2026

Təsvir

  • Bank tərəfindən təqdim olunmuş müştəri bazası əsasında potensial müştərilərlə telefon əlaqəsi yaratmaq;

  • Telefon vasitəsilə məhsul və xidmətlərin təqdimatını həyata keçirmək və satış etmək;

  • Müştərilərin məhsullar, xidmətlər və şirkətin üstünlükləri barədə ətraflı məlumatlandırılması;

  • Müştəri suallarının cavablandırılması və satış prosesinin effektiv idarə olunması;

  • Mövcud müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması üzrə fəaliyyətlər aparmaq.

Tələblər

  • Ali təhsilə;

  • Səlis Azərbaycan dilinə (Rus dili biliyini arzuolunandır);

  • Qoyulan hədəflərə çata bilmə qabiliyyətinə;

  • İnduktiv və analitik təhlil bacarığına;

  • Komandada işləmə bacarığına;

  • Dəqiqlik, vaxtın düzgün idarə olunması qabiliyyəti;

  • Yüksək kommunikasiya və təqdimetmə bacarığı olan şəxsdir.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

  • Tibbi sığorta proqramına qoşulma;

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Necə Müraciət Etmək Olar

Yelo Bank ASC

Yelo Bank ASC

Finance

Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18459

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Modellərin Validasiyasi üzrə kiçik mütəxəssis / mütəxəssis

Tam Ştat

Bankda istifadə olunan modellərin (kredit riski, IFRS 9, skorinq, stress-test, likvidlik, GenAI və s.) müstəqil validasiya proseslərinin icrasında iştirak etmək Modelin konseptual əsaslarını (theoretical soundness) detallı şəkildə analiz etmək və nəticələri sənədləşdirmək İstifadə olunan metodologiyaların, statistik yanaşmaların və alqoritmlərin məqsədəuyğunluğunu və tətbiq korrektliyini test etmək Modeldə istifadə olunan input məlumatlarının keyfiyyətini, tamlığını və etibarlılığını yoxlamaq Model performans testlərini icra etmək (discriminatory power, calibration, accuracy, back-testing, benchmarking və s.) Model üzrə aşkar edilmiş zəifliklər, risklər və məhdudiyyətlər barədə menecerə analitik rəy və input təqdim etmək Model inventarına dair məlumatların (model adı, versiya, status, istifadə sahəsi və s.) yenilənməsində iştirak etmək Model versiya dəyişiklikləri və rekalibrasiya prosesləri üzrə texniki yoxlamalar aparmaq Model sənədlərinin (MDD, metodologiya sənədi, texniki əlavələr) tamlığı və uyğunluğunu yoxlamaq Model Validasiya Hesabatlarının (MVR) hazırlanmasında analitik bölmələrin yazılmasına töhfə vermək AMB və digər nəzarət orqanlarının sorğuları üzrə texniki məlumatların hazırlanmasında iştirak etmək Basel, IFRS 9 və daxili metodoloji tələblərə uyğunluq üzrə praktiki yoxlamalar aparmaq Validasiya nəticələrinə əsasən təkmilləşdirmə tövsiyələrinin formalaşdırılmasına dəstək vermək Model risk göstəriciləri (KRI) üzrə hesablamalar aparmaq və nəticələri menecerə təqdim etmək Daxili və xarici auditlər zamanı texniki izahat və sübutların hazırlanmasında iştirak etmək

Kiçik və Orta Biznes Kreditlərinin Satışı üzrə Təcrübəçi / Kiçik Mütəxəssis / Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis / Qrup Rəhbəri

Tam Ştat

Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması; Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması; Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi; Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək; Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak; Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi; Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması; Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi; Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq; Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi; Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili; Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi; Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək; Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması; Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması; Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması; Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.