Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Pərakəndə satış meneceri

Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsinin müdiri/ Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti, Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsi

Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsinin müdiri/ Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti, Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 30 mart 2026

Son Tarix: 31 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Aktiv və öhdəliklərin durasiya uyğunluğunu təhlil edərək balansın faiz həssaslığını qiymətləndirmək və uyğunsuzluğu azaltmaq üçün analitik alətlər hazırlamaq

  • Pul axını modelləri qurmaq, reinvestment riskini qiymətləndirmək və nəticələrin investisiya qərarlarında nəzərə alınması üçün təkliflər vermək

  • Bazar şoklarının şirkətin maliyyə nəticələrinə təsirini ölçmək üçün ssenari və həssaslıq analizləri aparmaq

  • Kapitalın mövcud istifadəsini qiymətləndirmək və biznes bölmələri üzrə daha səmərəli utilizasiyası üçün yanaşmalar hazırlamaq

  • Yeni biznes və məhsullar üzrə qərarların kapitala təsirini əvvəlcədən təhlil etmək

  • Bazar dəyişikliklərinin kapital mövqeyinə təsirini qiymətləndirmək və optimallaşdırma imkanlarını müəyyən etmək

  • İnvestisiya portfelinin strukturunu öhdəliklərə uyğunlaşdırmaq və asset allocation üzrə təkliflər vermək

  • Likvidlik mövqeyini və valyuta riskini balans səviyyəsində təhlil etmək və idarə olunmasını təmin etmək

  • Reserving funksiyası ilə birlikdə öhdəliklərin pul axını və fərziyyələrini nəzərə alaraq ALM yanaşmasını tətbiq etmək

  • Nəticələri rəhbərliyə təqdim etmək və qərarvermə prosesinə inteqrasiya etmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə, risklərin idarə olunması, xəzinədarlıq və ya investisiya sahəsində minimum 4-5 il iş təcrübəsi tələb olunur.

  • Təhsili: Maliyyə, iqtisadiyyat, riyaziyyat, aktuar elmləri və ya əlaqəli sahə üzrə ali təhsil

  • Dil bilikləri: Azərbaycan dili:sərbəst , İngilis dili:əla

Kompüter bilikləri:

  • Excel üzrə yüksək səviyyədə biliklər və maliyyə modelləri ilə işləmə bacarığı;

  • Analitik modelləşdirmə və ssenari analizləri üçün alətlərdən istifadə bacarığı;

  • Python, R və ya digər analitik alətlər üzrə biliklər üstünlük hesab olunur.

Üstünlüklər:

  • IFRS 17 və ya kapital idarəedilməsi yanaşmaları ilə işləmə təcrübəsi

  • Bankların xəzinədarlıq/ ALM, bazar və likvidlik risklərinin idarəedilməsi və ya investisiya sahəsində iş təcrübəsi

  • CFA, FRM və ya aktuar sertifikatları

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;

  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;

  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;

  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12133

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İdarə Heyəti sədrinin müavininin icraedici köməkçisi

Tam Ştat

Əsas vəzifə öhdəlikləri: İcraedici rəhbərin (Deputy CEO / İdarə Heyəti sədrinin müavini) iş qrafikinin, görüşlərinin və gündəminin planlaşdırılması və koordinasiyası; Görüşlərin və iclasların təşkili, gündəliyin hazırlanması, protokolların aparılması və icra tapşırıqlarının izlənməsi; Rəhbər üçün arayışların, hesabatların, təqdimatların və digər zəruri sənədlərin hazırlanması; Daxili və xarici maraqlı tərəflərlə rəsmi yazışmaların, müraciətlərin və kommunikasiya prosesinin idarə olunması; Telefon zənglərinin, e-mail və dəvətlərin qəbul edilməsi, çeşidlənməsi və yönləndirilməsi; Yerli və beynəlxalq səfərlərin, ezamiyyətlərin və tədbirlərin planlaşdırılması və təşkilati dəstəyin göstərilməsi; Sənədlərin tərcüməsi, redaktəsi və məlumatların düzgünlüyünün təmin olunması; Şirkətdaxili proseslərdə rəhbər tapşırıqlarının koordinasiyası və icrasına nəzarət; Məxfi məlumatların və korporativ sənədlərin konfidensiallığının qorunması; Zəruri hallarda korporativ kommunikasiya və inzibati layihələrə dəstək; Namizədə olan tələblər: Təhsil: İstənilən sahə üzrə bakalavr dərəcəsi Təcrübə: Administrativ iş, rəhbər köməkçisi və ya icraedici dəstək, layihələrin idarə olunması, insan resusrları sahəsi üzrə vəzifəsində 1–3 il iş təcrübəsi (korporativ mühit üstünlükdür) Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst yazı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür) Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint) proqramlarında yüksək səviyyədə işləmək bacarığı Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları Eyni vaxtda bir neçə tapşırığı idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək bacarığı Yüksək peşəkarlıq, etik davranış, diskresiya və məxfilik prinsiplərinə sadiqlik Biz nə təklif edirik: Əməkdaşın və ailə üzvlərinin tibbi sığortası; Korporativ Həyat Sığortası (kritik xəstəlikləri əhatə edən sığorta təminatı); Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları; Ödənişsiz dayanacaq imkanı; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları; “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirimlər. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Strategiya və araşdırmalar şöbəsi - Strategiya və araşdırmalar şöbəsinin eksperti

Tam Ştat

Vəzifə Öhdəlikləri: Makroiqtisadi göstəricilər haqqında məlumatlar əldə etmək və göstəricilər üzrə dəyişmələrin sığorta bazarı və şirkətin  maliyyə göstəricilərinə təsirini araşdırmaq və mümkün maliyyə nəticələri üzrə rüblük hesabatın hazırlanmasını təmin edilməsi; Makroiqtisadi və biznes modellərin hazırlanması; Maliyyə planlama modellərin qurulması; Azərbaycan sığorta bazarı üzrə və qanunvericilikdə baş verən dəyişikliklər haqqında məlumatları əldə etmək və bu dəyişmələrin sığorta bazarı və şirkətin strategiyasına təsirini araşdırmaq və mümkün nəticələr üzrə hesabat hazırlanması; Bütün dəyişikləklərlə bağlı təsirini ölçmək üçün modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi; Strateji planın tərtib olunması zamanı makroiqtisadi göstəricilərin prognozlaşdırılması; Strateji planın tərtib olunması prosesinin təşkili və prosesin aparılmasında iştirak etmək edilməsi; Strateji və illik ƏFG-lərin təyin olunmasında iştirak edilməsi; Strateji təhlillərin həyata keçirilməsi; Strateji planın icrası zamanı baş verəcək risklərin və imkanların araşdırılması; Strateji planın icrası ilə bağlı hesabatların hazırlanması. Namizədə olan tələblər: İş təcrübəsi: Strategiya və araşdırmalar , maliyyə, biznesin inkişafı  sahəsi üzrə 5 il (1-2 il müvafiq vəzifə üzrə iş təcrübəsi daxil olmaqla) Təhsili: Maliyyə, İqtisadiyyat, Biznesin İdarəedilməsi, Riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi Dil bilikləri: İngilis dili:əla , Rus dili:orta , Azərbaycan dili:əla Kompüter bilikləri: MS Office:əla , MS Excel:əla , PowerBI: orta Üstünlüklər: Makroidisadiyyat üzrə biliklərin olması, modelləşdirmə üzrə yüksək təcrübənin olması (makroiqtisadiyyat və maliyyə planlama modelləri) Maliyyə beynalxalq standartlarının biliklərin olması Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər Təcrübə - iqtisadçı analitik, hesabatlılıq və audit, strateji planlama Sertifikasiyaların olması – ACCA FA/FR, FMVA, DipİFR, CFA 1 arzuolunandır Ali İqtisadi və ya maliyyə təhsili, Rus dili orta və İngilis dillərinin əla səviyyəsi Böyük məlumat bazaları ilə işləmək bacarığı Modeling in Excel **Fərdi keyfiyyət tələbləri:**Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ehtiyyatların hesablanması şöbəsi - Ehtiyatların hesablanması şöbəsinin eksperti-aktuarisi

Tam Ştat

Vəzifə Öhdəlikləri: Sığorta ehtiyatlarının və proqnozlaşdırılan pul axınlarının formaşdırılması üçün metodologiyaları və daxili normativ sənədləri hazırlamaq; Sığorta ehtiyatlarının hesablanmasında istifadə olunan məlumatların düzgünlüyünə nəzarət etmək; AR Mərkəzi Bankın tələblərinə uyğun uçot jurnalının hazırlanmasını və sığorta ehtiyatlarının hesablanmasını prosesində iştirak etmək və hesabat formalarının hazırlanmasını təmin etmək; İFRS 4 standartlarına uyğun daxili normativ sənədlər əsasında sığorta ehtiyatlarını hesablanmasını prosesində iştirak etmək və hesabat formalarının hazırlanmasını təmin etmək; İFRS 17 standartlarına uyğun sığorta ehtiyatları (LİC, LRC) , fərziyyələri, sığorta müqavilələri üzrə xidmət marjasının (CSM) formalaşdırılması üçün əhavə vahidlərini (Coverage unit) formalaşdırılması prosesinə nəzarət etmək və hesabat formalarının hazırlanmasını təmin etmək; Strategiya, büdcə və büdcəyə dövri nəzarət proseslərində sığorta ehtiyatları və proqnozlaşdırılan pul axınlarını hazırlanmasını təmin etmək; Şöbənin əməliyyat planını hazırlanmasında iştirak etmək və planın icra statusuna nəzarət etmək; Şöbənin fəaliyyət sahəsinə aid uçot-statistik və hesabat işlərini aparmaq; Daxili və xarici istifadəçilərə təqdim etmək üçün Şöbənin fəaliyyətinə aid məlumat və nəzarət xarakterli hesabatlar hazırlamaq; Cəmiyyətin İdarə Heyətinin qərarlarının, Baş Maliyyə İnzibatçısının Şöbənin fəaliyyət sahəsinə aid göstəriş və tapşırıqlarını yerinə yetirmək; Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək; Risk iştahası bəyənnaməsi ilə müəyyən olunmuş limitlərə nəzarət etmək, ehtiyac yaranarsa limitlərin dəyişdirilməsi ilə bağlı təkliflər vermək, limitin pozulması halında yumşaldıcı tədbirlər planı hazırlamaq və vaxtında icra edilməsini təmin etmək; İdarə Heyətinin müəyyən etdiyi digər zəruri vəzifə və funksiyaların yerinə yetirilməsini təmin etmək. Namizədə olan tələblər: İş təcrübəsi: Aktiv və öhdəliklərin idarə edilməsi və ya Ehtiyyatların hesablanması sahəsi üzrə 4 il iş təcrübəsi tələb olunur. Təhsili: Riyaziyyat, maliyyə, iqtisadiyyat, üzrə bakalavr dərəcəsi tələb olunur. Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta Üstünlüklər: Beynəlxalq aktuari sertifikatlatrı olması (SOA) , Aktuari şəhadətnaməsi olması Kompüter bilikləri: MS Excel:əla , MSSQL(T-SQL):əla , R Language:orta Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.