Agile Coach
Bakı,, PBT2, (Port, Baku, Tower, 2),
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
Bankımızda Agile Düşüncəni tətbiq etmək və inkişaf etdirmək üçün əsas rol oynamağa cavabdeh olacaq "Agile Kouç" axtarırıq. Bu rolun əsas məqsədi komandaların, iş proseslərinin və biznes strategiyalarının Agile prinsiplərinə uyğun şəkildə inkişaf etməsini təmin etməkdir. Bu nəzəriyyə və praktika əsaslı bir məsuliyyətdir və aşağıdakı vəzifələri icra edir.
' ' +
● Ali təhsiliniz Maliyyə/Bank işi/ İqtisadiyyat/Texniki üzrədir
● Bankda minimum 3 il iş təcrübəniz var
● İdarəetmə rolunda təcrübənizə üstünlük veriləcək
● Bir və ya bir neçə çevik metodologiya və ya çərçivə haqqında bilikləriniz var: prinsiplər və dəyərlər səviyyəsində SCRUM, Kanban metodu;
● Təkmilləşdirilmiş analitik bacarıqlarınız mövcüddur;
● Müxtəlif insanlarla səmərəli əlaqələr qurmağı və davam etdirməyi sevirsiniz;
● Liderlik keyfiyyətləri, yaxşı ünsiyyət bacarığınız var
● Effektiv təlimlər keçirmək bacarığınız var
' ' +
● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
' ' +
● Korporativ mühitdə Agile Düşüncəni inkişaf etdirmək;
● Biznes və proqram təminatının hazırlanmasında Agile təcrübələri inkişaf etdirmək;
● Komanda üzvlərinə Scrum və Agile nəzəriyyəsini, qaydalarını və dəyərlərini anlamağa kömək etmək;
● Komandalara bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün effektiv üsullar yaratmağa, mövcud təcrübə və prosesləri inkişaf etdirməyə kömək etmək;
● Komandanı öz-özünə təşkil etmək və müştərilərə və biznesə dəyər vermək yolunda maneələri müstəqil şəkildə aradan qaldırmağa öyrətmək;
● Komanda ilə birlikdə biznesin nəticəsi üçün məsuliyyət daşımaq;
● Sistem problemlərinin axtarışında və aradan qaldırılmasında fəal iştirak etmək;
● Komandaların nisbətən zəif tərəflərini inkişaf etdirmək yollarını tapmaq üçün metriklərdən istifadə də daxil olmaqla, komandaların yetkinliyini qiymətləndirmək;
● Agile yanaşmalar və alətlər üzrə təlimlərin keçirilməsi;
● Agile tədbirləri/görüşləri asanlaşdırmaq.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17015
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+