3D Dizayner

Bakı,, Akademik, Həsən, Əliyev, 249

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 28 yanvar 2026

Təsvir

  • Layihələrin 2D və 3D vizualizasiyasının hazırlanması (eksteryer).

  • Memarlıq və dizayn konsepsiyasına uyğun olaraq yüksək keyfiyyətli renderlərin, 3D modellərin hazırlanması.

  • Memar və dizayner komandası ilə sıx əməkdaşlıq edərək layihə tələblərinin vizual təhlilini aparmaq.

  • Layihə planlarının, çertyojların və texniki tapşırıqların vizual interpretasiyası.

  • Material, tekstura, işıqlandırma və kompozisiya elementlərinin düzgün tətbiqi.

  • Müştəri və rəhbərliyə təqdimat üçün vizual materialların hazırlanması.

  • Layihələrdə edilən dəyişikliklərə uyğun olaraq vizualizasiyaların yenilənməsi.

  • Vizual faylların düzgün strukturda saxlanılması və arxivləşdirilməsi.

  • Render və modelləşdirmə müddətlərinə riayət etmək və verilmiş tapşırıqları vaxtında tamamlamaq.

Digər məlumat:

  • Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.

  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.

  • İş qrafiki: 5 günlük
    İş yeri: Bakı şəhəri

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (müvafiq sahədə);

  • Dizayner vəzifəsində iş təcrübəsi min 5 il;

  • Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;

  • Tikinti norma və qaydalarına dair biliklər;

  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Biz təklif edirik:

  • Müasir və inkişaf yönümlü şirkətdə çalışmaq imkanı;

  • Böyük miqyaslı, beynəlxalq tərəfdaşlı layihələrdə iştirak;

  • Yüksək peşəkarlıq tələb edən mühitdə inkişaf perspektivləri;

  • Rahat iş mühiti və peşəkar komanda.

Tələblərə uyğun olmayan namizədlərin cv-lərinə geri dönüş olunmayacaqdır.

Cv və portfoliolarınızı  kovaagroup24@gmail.com adresinə və ya 0705411602 wp adresimizə

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3327

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə