Şirkətimizin maliyyə, vergi sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.
İş şəraiti
İş yeri: Yunik Furniture MMC
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatı: 09:00-18:30
Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.
Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.
Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.
Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.
Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.
Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi