YES Architects MMC “ Memar ” Vakansiyası elan edir.
Öhdəliklər :
Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
Premium obyekt,otel və interyer layihələrində bacarıqlı;
Ölçü işlərinin aparılması və təqdimat bacarığı üzrə sənədləşmə işlərinin görülməsi;
İnteryer işçi layihəsi bacarığı olan(Tavan,döşəmə,elektrik,aydılatma,işıqlandırma planı,divar açılımlarını bilən və superpose edə bilən)
Yüksək səviyyədə material və detal bilən,problemləri səmərəli həll etmə bacarığı;
İlkin eskiz/cizgini baş memar və ya aidiyyatı şəxslərlə müzakirə olunması və razılaşdırılması;
Memarlıq və mühəndis cizgilərindən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
İş barədə məlumat :
Memarlıq və interyer dizayn üzrə Ali Təhsil;
Müvafiq sahədə 8 ildən çox iş təcrübəsi;
AutoCad və Revit,MS Office (Word,Excell,Power Point) üzrə kompüter proqramları ilə işləmək bacarığı;
Məsuliyyətli,dəqiq və işini vaxtında,keyfiyyətli təhvil verilməsi;
Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyatı şəxslərlə birgə işləmə bacarığı;
Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
Fikrini detallar üzərində cəmləşdirmək və bir neçə işi eyni zamanda aparmaq bacarığı.
Digər məlumat :
6 günlük iş qrafiki.Həftə içi 09:00 - 18:00 .
Altıncı gün qısa iş günü : 09:00 -14:00 .
İş Yeri : Bakı şəhəri.
Qeyd: CV və nümunə layihələri “info@yesarchitect.com” mail ünvanına göndərməyiniz xahiş olunur.