Büdcə və hesabatlılıq üzrə mütəxəssis
Əmək funksiyası:
Mühasibat məlumatlarının monitorinqi və təhlili, ümumi mühasibat strategiyasını həyata keçirmək və nəzarət etmək;
Mövcud təcrübə və prosedurları qiymətləndirmək, sistem və prosedurları təkmilləşdirmək və düzəldici tədbirlərə başlamaq üçün müvafiq mühasibat metodlarını, siyasətlərini və prinsiplərini yaratmaq və tətbiq etmək;
Rüblük və il sonu maliyyə nəzarəti fəaliyyətlərinə və illik korporativ maliyyə nəzarəti auditinə kömək;
Mühasibat uçotunun BMHS-a uyğunluğuna nəzarət prosedurlarını həyata keçirmək, habelə hesabat hazırlamaq üçün müxtəlif şöbələr üzrə hesabat tapşırıqları və son tarixləri müəyyənləşdirmək və icrasına nəzarət etmək;
Əməliyyat və analitik hesabatların aparılmasına kömək etmək və proqnozlaşdırılan büdcə xərclərini faktiki xərclərlə müqayisə etmək və proqnozlaşdırılan əməliyyat fəaliyyətini faktiki nəticələrlə müqayisə etmək üçün dövri hesabatlar hazırlamaq;
Maliyyə hesabatlarının dəqiq və vaxtında hazırlanmasına kömək etmək, aylıq maliyyə hesabatları və illik büdcələr, proqnozları hazırlamaq;
Ödənişlərin icra prosesinə nəzarət etmək;
Verilən digər tapşırıqları vaxtında və dəqiq icra etmək.
Şöbələr üzrə büdcələrin hazırlanması
İstehsal planına uyğun büdcənin hazırlanması və tədbiqinə nəzarət